Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu | Zəhər qalığının təyini və alaqlarla mübarizə laboratoriyası

Zəhər qalığının təyini və alaqlarla mübarizə laboratoriyası

Zəhər qalığının təyini və alaqlarla mübarizə laboratoriyası

BM və TB ETİ-nin Təcrübə sahələrində əkilmiş kənd təsərrüfatı əkinlərində zərərverici, xəstəlik və alaq otlarına qarşı istifadə olunan pestisidlər və aqrokimyəvi maddələr tətbiq olunduqdan sonra bitki mənşəli xammal nümunələri götürülür və pestisidlərin qalıq miqdarları öyrənilir.

Şəhər və kolxoz bazarlarından götürülmüş müxtəlif mövsümi kənd təsərrüfatı məhsulları nümunələrində nitratlar öyrənilir.

Fermerlərə kənd təsərrüfatında istifadə olunan pestisidlər haqqında ümumi məlumatlar verilmiş, həmçinin pestisidlərlə işləyən personallar təhlükəsizlik qaydaları barədə təlimatlandırılmışdır.

Kənd təsərrüfatında gəmiricilərə qarşı mübarizə məqsədilə laboratoryamızda “Anhidrid-55” pastası hazırlanmış və çöl şəraitində yonca sahəsində sınaqdan keçirilmiş və 60% müsbət nəticə alınmışdır.

Hal-hazırda aparılan mözvu və tədqiqat işləri


Mövzu:1.1. Aqrosenozlarda daim çoxalan başlıca zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması və fermer təsərrüfatlarında tətbiqi.
1. Payızlıq taxıl əkinlərin də siçanabənzər gəmiricilərə qarşı Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin “Zəhər qalığının təyini və alaqlarla mübarizə” laboratoriyasında hazırlanmış “Anhidrid-55” pastasının tarla və istehsalat sınaqlarının aparılması.
Mövzu:1.4.: Respublikada becərilən kənd təsərrüfatı bitkilərində pestisid və aqrokimyəvi maddələrin torpaqda, bitkidə və məhsulda qalıq miqdarının öyrənilməsi və tövsiyyələrin hazırlanması.
1. Zərərverici, xəstəlik və alaq otlarına qarşı tətbiq olunan pestisidlərin və aqrokimyəvi maddələrin torpaqda, bitkidə və məhsulda zəhər qalığının təyin edilməsi.

Laboratoriyada aşağıdakı tərkibdə əməkdaşlar fəaliyyət göstərir:

1. Ələskərov İsa Ələskər - şöbə müdiri
2. Mehdiyeva Sevil Ərəstun qızı – böyük elmi işçi
3. İsmayılov Natiq Camaləddin - böyük elmi işçi
4. Abbasova Xəyalə Namiq qızı – elmi işçi
5. İbayeva Rəna Elman qızı – böyük elmi işçi