Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu | Xəstəlik və zərərvericilərin proqnozu laboraoriyası

Xəstəlik və zərərvericilərin proqnozu laboraoriyası

Xəstəlik və zərərvericilərin proqnozu laboraoriyası

Laboratoriyada kənd təsərrüfatı bitkilərinin zərərverici və xəstəliklərinin qısa və uzun müddətli proqnozu metodları işlənib hazırlanır. Bölgənin dəmyə və suvarılan taxıl, suvarılan yonca əkinlərində siçanabənzər gəmiricilərin bioloji xüsusiyyətlərinin dəqiqləşdirilməsi əsasında qısa və uzunmüddətli inkişaf proqnozlarının hazırlanır. Proqnoz metodlarından istifadə etməklə fermer təsəsrrüfatlarında ziyanvericilərə qarşı vaxtında və səmərəli mübarizənin aparılması məhsuldarlığın artmasına səbəb olur. Meşə ağaclarına ziyan verən zərərvericilərin növ tərkibinin dəqiqləşdirilməsi, əsas zərərli növlərin müəyyən edilməsi və onların bioekoleji xüsusiyyətlərinin dəqiqləşdirilməsi əsasında qısa və uzunmüddətli proqnoz metodları işlənib hazırlanmışdır.

Pambıq sovkası kütləvi artıb çoxalan illərdə fermer təsərrüfatlarında yalnız pambıq bitkisinə deyil, pomidor və qarğıdalı əkinlərinə də ciddi ziyan vuraraq külli-miqdarda məhsul itkisinə səbəb olur. Ona görə də pambıq sovkasının bioloji xüsusiyyətlərini dəqiqləşdirməklə vaxtında və səmərəli mübarizə aparmaq üçün proqnoz metodlarından istifadə etməklə zərərvericiyə qarşı optimal mübarizə vaxtı dəqiqləşdirilir. Fermer təsərrüfatlarında pambıq sovkasına qarşı optimal mübarizə vaxtında aparılmış mübarizənin iqtisadi səmərəliliyi yüksək olmaqla ekoloji təmiz məhsul istehsal edilir.

Fermer təsərrüfatlarında başlıca zərərvericilərə qarşı qısa və uzunmüddətli proqnozu metodlarından istifadə etməklə onlara qarşı optimal vaxtda mübarizə tədbirləri aparılması üçün tövsiyələrin verilməsi.

Taxıl, yonca və pambıq əkinlərində zərərvericilərə qarşı qısa və uzunmüddətli proqnoz metodlarından istifadə etməklə yüksək keyfiyyətli məhsul əldə edilmişdir.

Hal-hazırda aparılan mözvu və tədqiqat işləri


Mövzu 1.1.2 Aqrosenozda daim çoxalan başlıca zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması və fermer təsərrüfatlarında tətbiqi.
1. Siçanabənzər gəmiricilərə qarşı taxıl və yonca əkinlərində mübarizə tədbirlərinin hazırlanması
2. Respublika şəraitində meşə zərərvericilərinin optimal vaxtda keyfiyyətli və səmərəli mübarizəsi üçün qısa və uzunmüddətli proqnozunun işlənib hazırlanması”.
“Bölgələr üzrə (Gəncə-Qazax,Şirvan, Mil-Qarabağ) pomidor və pambıq əkinlərində pambıq sovkasının qısa və uzun müddətli proqnoz metodlarının təkmilləşdirilməsi.

Laboratoriyada aşağıdakı tərkibdə əməkdaşlar fəaliyyət göstərir:

1. 1.Məmmədov Qərib Qara oğlu - şöbə müdiri
2.Əliyeva Vüsalə Ramiz qızı - böyük elmi işçi
3.Məmmədova Nurlana Qəmbər qızı - böyük elmi işçi
4.İsgəndərov Ramil Rafael oğlu- elmi işçi
5.Məlikzadə Ruhiyyə Rüstəm qızı - kiçik elmi işçi
6.Babayev İlham Fərzail oğlu - böyük laborant
7.Məmmədova Könül Zülfiqar qızı - laborant