Xaçmaz Təcrübə Stansiyası

Xaçmaz Təcrübə Stansiyası

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Xaçmaz Təcrübə Stansiyası Azərbaycan SSR Nazirlər Sovetinin 29 oktyabr 1962 – ci il 835 nömrəli qərarı ilə Xaçmaz şəhərində təşkil edilmişdir. Stansiya hazırda BMTBETİ-nin tabeliyindədir.

Xaçmaz Təcrübə Stansiyasında bölgələrdə becərilən tərəvəz, meyvə və s. kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərinin növ tərkibi öyrənilir və onlara qarşı mübarizə tədbirləri işlənib hazırlanır. Aparılmış elmi – tədqiqat işlərinin nəticəsi olaraq fermerlər üçün pomidor və xiyar bitkisinin başlıca xəstəlik və zərərvericilərinə qarşı, həmçinin alma bağlarında yayılmış başlıca xəstəliklər və zərərvericilərə qarşı mübarizə tədbirlər sistemi hazırlanmış və müvəffəqiyyətlə tətbiq edilmişdir.

XTS – in əməkdaşları tərəfindən kənd təsərrüfatı bitkilərinin xəstəlik, zərərvericiləri, alaq otları və onlara qarşı elmi əsaslandırılmış mübarizə texnologiyaları barədə biliklərlə torpaq mülkiyyətçilərinin məlumatlandırılması istiqamətində də işlər aparılmışdır. Belə ki, Quba – Xaçmaz iqtisadi bölgəsinin bir çox (30 – a yaxın kəndində) kəndlərində (Bəyqışlaq, Sayad, Çiləgir, Qalağan, Çarxı, Mürşüdoba, Nərəcan, Yergüc, Armudpadar, Hacıqayıb, Zərdabi, Hacıhüseynli, Ərməki və s.) torpaq mülkiyyətçiləri ilə görüşlər keçirilmiş və onları maraqlandıran suallarla əlaqədar maarifləndirmə işləri aparılmışdır. Həmçinin Xaçmaz Təcrübə Stansiyasına 70 – ə yaxın torpaq mülkiyyətçişi kənd təsərrüfatının müxtəlif sahələri ilə əlaqədar müraciət etmiş, onları maraqlandıran suallar yerində araşdırılmış və onlara tövsiyyələr verilmişdir.