XƏSTƏLİK VƏ ZƏRƏRVERİCİLƏRİN İNKİŞAFINDA İQLİM AMİLLƏRİNİN ROLU MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda “Xəstəlik və zərərvericilərin inkişafında iqlim amillərinin rolu” mövzusunda dəyirmi masa keçirilib.

COP 29 çərçivəsində keçirilən dəyirmi masa fermerlərin iqlimə davamlı təcrübələrə daha yaxşı uyğunlaşması üçün  marifləndirmə məqsədilə  keçirilib

İbrahim Cəfərov çıxışında bildirib ki, kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinin ikişafında, eyni zamanda alaq otları ilə zibillənməsində iqlim amillərinin rolu böyükdür. Həm vegetasiya, həm də çoxillik əkinlərdə bitkilərin nisbi sükunət dövrü, havanın gündəlik orta temperaturu, yağıntıların miqdarı, havanın nisbi rütubəti çox önəmli rol oynayır. Son illər siçanabənzər gəmiricilərin müxtəlif əkin sahələrinə vurduğu böyük zərər qış aylarının qarsız, şaxtasız keçməsi ilə əlaqəlidir. Bütün bunlar ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsində müəyyən problemlər yaradır. Bu baxımdan ölkə üçün strateji bitkilərin toxumçuluğu yenidən qurulmalı, aqrotexnika təkmilləşdirilməli, zərərverən orqanizmlərlə mübarizə işində inteqrir mübarizə tədbirlərinə üstünlük verilməlidir.

Tədbirdə İnstitutun əməkdaşları Qabil Bayramov,  “Üzüm bitkisinin zərərvericilərinin yayılmasında meteoroloji şəraitin rolu”, Sevinc Məhərrəmova “Şəki-Zaqatala iqtisadi bölgəsinin fındıq plantasiyalarında başlıca xəstəliklərin təhlili”,  Afaq Həsənova “Stres amillərinin findıq bitkisinin”, Nurlana Məmmədova “Qlobal iqlim dəyişkənliyinin bəzi çəyirdəkli meyvə bitkiləri zərərvericilərinin inkişafına təsiri”, Qərib Məmmədov “Siçanabənzər gəmiricilərin arealının genişlənməsinə səbəb olan amillər”  mövzusunda məruzələrlə çıxış ediblər.

Görüşdə iqlimlə dəyişkənliyi şəraitində bitkilərin zərərli orqanizmlərinin inkişafı kimi problemlərin həllində ortaya qoyulacaq nəticələr, fermerlərin iqlim dəyişikliyinin fəsadlarının yumşaldılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş: