Ucar Dayaq Məntəqəsi

Ucar Dayaq Məntəqəsi

Ucar Dayaq Məntəqəsi 1959-cu ildən Azərbaycan Elmi -Tədqiqat Bitki Mühafizəsi İnstitutunun nəzdində yaradılmışdır.

Ucar DM-də müxtəlif bitkilərin başlıca zərərvericiləri, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirlərinin işlənib hazırlanmasında böyük işlər görülmüşdür. Azərbaycan Müstəqillik əldə etdikdən sonra 1995-ci ildə torpaq islahatı keçirilməyə başladığı bir dövrdə institutun fəaliyyət proqramı yeni konteksdə həyata keçirilməyə başladı. Ucar Dayaq Məntəqəsinin də fəaliyyəti bölgənin müxtəlif fermer təsərrüfatlarında davam etdirildi. Pambıq, pomidor, qardığalı bitkilərində pambıq sovkasının inkişaf dinamikası, sovkanın uzun və qısa müddətli proqnozunun müəyyən edilməsi üçün İnstitutun verdiyi proqram əsasında işlər aparırdı. Bununla yanaşı İnstitutun bölgə təsərrüfatlarında təlimlərin, tarla seminarlarının keçirilməsinə köməklik göstərirdi.

2015- ci ildə Nazirlər Kabinetinin qərarı ilə Bitki Mühafizə və Texii Bitkilər ET İnstitutu yaradıldıqdan sonra belə Ucar Dayaq Məntəqəsidə institutun tərkibinə öz əvvəlki fəaliyyətini davam etdirdi.

Təklif etdiyi xidmətlər:

Ucar Dayaq Məntəqəsi hal-hazırda bölgədə becərilən bütün kənd təsərrüfatı bitkilərinin zərərvericilərinin inkişafına nəzarət etməklə onlara qarşı vaxtında və səmərəli mübarizə tədbirlərinin təşkil olunmasında geniş fəaliyyət göstərir. Bölgədə becərilən bitkilərin, o cümlədən pambıq bitkisinin başlıca zərərvericilərinin inkişaf proqnozu metodları işlənib hazırlanır.