Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu | Texnologiya laboratoriyası

Texnologiya laboratoriyası

Texnologiya laboratoriyası

Texnologiya laboratoriyası xam-pambıq və onun emalından alınan məhsulların keyfiyyət göstəricilərini – xam pambığın nəmlik, zibillik, ulyukluq (inkişafdan qalmış toxumların faizlə miqdarı) göstərisiləri, lif çıxımı, lifin ştapel uzunluğu, xətti dolğunluğu,lifin möhkəmliyi,yetişkənliyi, lifin uzunluğa görə bərabərliyi, uzunluğa görə variasiyası,qısa liflərin tutumu, lifin mikroneyri, mahlıcın nəmliyi və tərkibində qüsur və zibil qarışıqlarının faizlə miqdarı, toxumun nəmliyi və tərkibində mineral,orqanik və yağlı qarışıqların müəyyən olunması, toxumun mexaniki zədələnmə faizi kimi analizləri yerinə yetirir. Hər il institutun şöbə, laboratoriya və təcrübə stansiyalarının təqdim etdikləri nümunələr üzərində yuxarıda göstərilən analizlər olunur.

Bundan başqa laboratoriyada hər xam pambıq tədarükü mövsümünə MMC-lərin sifarişi ilə ikitərəfli bağlanan müqavilə əsasında seleksiya, sənaye və yığım növünə görə standart xam pambıq etalon nümunələri, iki ildən bir növlər və siniflər üzrə val və mişarlı cində emaldan alınmış mahlıc üçün beynəlxalq standartlara uyğun “Azərbaycan Pambığı” xarici görünüş standart mahlıc etalonları hazırlanır.

Laboratoriyada MMC-lərin sifarişi ilə, müqavilə əsasında onların tədarük mıəntəqələri və emal zavodlarının laborantlarına xam pambıq və ondan alınan məhsulların keyfiyyət göstəricilərinə dair təlim-seminar keçilir və “Sertifikat” verilir.

Lazım gəldikdə hüquq orqanlarının və MMC-lərin müraciətinə əsasən mütəxəssis rəyi verilir.

İnstitutun mövzular planına əsasən laboratoriyada “Xam pambıq və ondan alınan məhsullara dair Dövlət standartlarının beynəlxalq standartlara uyğun yenidən işlənib tərtib olunması” mövzusunda iş aparılır. İki standart, “Əl ilə yığılmış xam pambıq. Texniki şərtlər” və “Maşınla yığılmış xam pambıq.Texniki şərtlər” standartları tam hazırlanıb Standartlaşdırma institutuna təqdim olunmuş və qeydiyyatdan keçərək qəbul olunmuşdur.


Şöbədə aşağıdakı tərkibdə əməkdaşlar fəaliyyət göstərir:

1. İsmayılova Xoşqədəm Bayram qızı-laboratoriya müdiri
2. Qasımova Kəmalə Əşrəf qızı – böyük elmi işçi
3. Mustafayeva Qənirə Mədət qızı – Böyük elmi işi
4. Əhmədov Tərxan Zakir oğlu – böyük elmi işçi
5. Yaqubova Xuraman Cavanşir qızı – elmi işçi
6. Eyyubova Güləbətin Şəmməd qızı – mütəxəssis
7. Nəsibova Pəri Zeynal qızı – böyük laborant
8. İbrahimova Gülşad Fəxrəddin qızı – böyük laborant
9. Səfərova Svetlana Məhərrəm qızı – laborant
10.Əliyeva Reyhan İskəndər qızı – laborant
11.Allahverdiyev Ceyhun İbrahim oğlu – laborant