Texniki Bitkilərin Seleksiyası şöbəsi » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Texniki Bitkilərin Seleksiyası şöbəsi

Texniki bitkilərin seleksiyası şöbəsi

Şöbə müdiri: Tağıyev Ələddin Əlirza oğlu, aqrar elmləri üzrə elmlər doktoru

e-mail: a.tagiyev83@gmail.com

Telefon:  (+994) 55 462 60 78

1925-ci ildə Azərbaycanda pambığın yaradıcı seleksiya işlərini inkişaf etdirmək məqsədilə Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun tərkibində seleksiya şöbəsi yaradılmışdır. Seleksiya işlərinin birinci mərhələsində (1925-1932-ci illər) bu dövrün nəticəsi olaraq yaradılan 246, 114, 915, 144 və s. pambıq sortları istehsalat şəraitində əkilmişdir.

1933-1938-ci illərdə iri qozalılıq, uzun liflilik və yüksək lif çıxımı istiqamətində geniş axtarışlar aparılaraq 1298, 1363 sortları yaradıldı.

Yeni məhsuldar xəstəliyə davamlı və yüksək texnoloji lif keyfiyyətinə malik pambıq sortları yaratmaq üçün seleksiyaçılar tərəfindən daha səmərəli üsullardan istifadə edilərək 2018, 2421, 2833 və s. pambıq sortları yaradılaraq istehsalatda tətbiq edilmişdir.

1976-ci ildə lifin möhkəmliyi 5,0 -5,4 qq, lif çıxımı 38,9% və ultra tezyetişkənlik xüsusiyyətinə malik rayonlaşdırılmış 3038 sortu (Ə.M.Hüseynov, N.H.Yusubova) respublikada pambıqçılığın əsaslı inkişafına, pambıq istehsalının artırılmasına əlverişli mühit yaratdı.

1994-cü ildə rayonlaşdırılmış AzNİXİ-104 və AzNİXİ-170 pambıq sortları respublikada, kənd təsərrüfatında olan geriləmə, bu sortların istehsalatda geniş yayılmasına imkan vermədi.

1999-cu ildə rayonlaşmış AzNİXİ-195, 2002-ci ildə rayonlaşdırılmış potensil məhsuldarlıqları 50-55 s/ha, lifin texnoloji keyfiyyəti IV tipin tələbatına cavab verən Gəncə-2 (Ə.Ə.Tağıyev, M.Ə.Rzayeva) və Gəncə-8 (N.N.Kazımov, S.S.Süleymanova) pambıq sortları  kəndli-fermer təsərrüfatlarında müvəfəqiyyətlə becərilirdi.

Seleksiyaçıların gərgin əməkləri nəticəsində 2006-cı ildə Gəncə-80 (N.N.Kazımov, S.S.Süleymanova), 2007-ci ildə Gəncə-78 (M.Ə.Rzayeva, P.M.Əyyubova), 2008-ci ildə Gəncə-110 (Ə.Ə.Tağıyev), 2009-cu ildə Gəncə-103 (F.K.Qəhrəmanov, T.Q.Mahmudov), 2014-cü ildə Gəncə-114 (Ə.Ə.Tağıyev), 2016-cı ildə Gəncə- 160 (Ə.Ə.Tağıyev), 2018- ci ildə Gəncə-182 (Ə.Ə.Tağıyev), 2019-cu ildə Gəncə- 132 (Ə.Ə.Tağıyev), 2020-ildə Gəncə- 183 (Ə.Ə.Tağıyev)  pambıq sortları rayonlaşdırıldı. Beləliklə yeddinci sortdəyişməyə başlanıldı.

2015-ci ildə aqrar elmdə aparılan islahat nəticəsində Seleksiya şöbəsi Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat institutunun tərkibində Texniki Bitkilərin Seleksiyası şöbəsi kimi fəliyyətini davam etdirdi.

Hal-hazırda Texniki Bitkilərin Seleksiyası şöbəsində uzun illər toplanmış zəngin seleksiya materialları əsasında istiqamətli, təkrar seçmə aparmaqla potensial məhsuldarlığa, yüksək lif çıxımına malik, lifinin keyfiyyəti 1V və V tipə uyğun,  tezyetişən,  su qıtlığı ilə əlaqədar quraqlığa, hər cür əlverişsiz şəraitə, xəstəlik və zərərvericilərə davamlı, təbii olaraq yarpaqlarını tökən, toxumunda yağın miqdarı yüksək olan pambıq  sortları yaratmaq istiqamətində əhatəli axtarışlar aparılır. Artıq bir çox ümidverici forma və xətlər yaradılmışdır.

 

Şöbənin əməkdaşları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) layihəsi çərçivəsində  “Xəstəlik, quraqlıq və şoranlığa davamlı mutant xəttlərin yaradılması” mövzusunda tədqiqat işləri apararaq kompleks təsərrüfat, qiymətli mutant formalar almış və seleksiya işlərinə daxil edilmişdir. AMEA-nın Aviasiya Akademiyası ilə “Səpin qabağı pambıq toxumlarının ozonlaşdırılması ilə pamığın məhsuldarlığının artırılması”, Radiasiya Problemləri İnstitutu ilə “Pambıq toxumlarına qamma şüasının təsiri ilə dəyişkənliyin öyrənilməsi və mutant mənşəli pambıq sortlarının yaradılması” mövzusunda birgə elmi tədqiqatlar aparılır.

Türkiyədən introduksiya olunmuş “Progen Tohum” A.S. şirkətinin  6 pambıq sortunun yerli Gəncə-160 və Gəncə-182 pambıq sortları ilə respublikanın 3 pambıqçılıq bölgəsində təsərrüfat qiymətli əlamətləri və adaptasiya qabiliyyətləri müqayisəli öyrənilir. Həmçinin, Özbəkistandan gətirilmiş 4 pamıq sortu da yerli pambıq sortları ilə birgə müqayisəli öyrənilir. Yunanıstan respublikasının “BİOS AQROSYSTEMS SA”  şirkəti ilə birgə “Pambıq sortlarının Azərbaycanın bölgələrinə uyğun qiymətləndirilməsi və seçilmısi” mövzusunda 2018-ci ildən birgə layihə icra olunur. Tədqiqatda 2 ABŞ, 2 Yunanıstan, 4 Türkiyə və 4 Azərbaycan pambıq sortları öyrənilmişdir. Gəncə-160 və Gəncə-182  pambıq sortları Azərbaycanın torpaq iqlim şəritinə uyğun olduğu müəyyənləşdirilmiş  və yerli hər iki sortun təməl toxumu hazırlanmışdır. Hal- hazırda yeni pambıq sortlarının yaradılması üçün hibrid bitkilər üzərində tədqiqat davam edir.

Pambıq istehsalını əsaslı inkişaf etdirmək, qiymətli xammal kimi zəngin çeşidli məhsulllar hazırlamaq yüksək iqtisadi səmərə əldə etmək və toxuçuluq sənayesini daha da inkişaf etdirmək üçün G.barbadense L. növü üzrə yaradıcı seleksiya axtarışları aparılaraq yerli şəraitə uyğun, daha tez və ultura tezyetişən Gəncə-46, Gəncə-120, Gəncə-125 zərif lifli pambıq sortları yaradılmış və Dövlət Sort Sınağı Komissiyasına təqdim edilmişdir. Dövlət komisiyasının dayaq məntəqələrində seleksiyaçılarımızın yaratdıqları 10 perespaktivli pambıq sortu öyrənilir. Yeni yaradılmiş pambıq sortları fermer təsərrüfatlarında uğurla becərilir və hektardan 50-55 sentner xam- pambıq məhsulu əldə olunur.

Bundan əlavə şöbədə Texnologiya laboratoriyası da fəaliyət göstərir ki, xam-pambıq və onun emalından alınan məhsulların keyfiyyət göstəricilərini –    xam pambığın nəmlik, zibillik, ulyukluq (inkişafdan qalmış toxumların faizlə miqdarı) göstərisiləri, lif çıxımı, lifin ştapel uzunluğu, xətti dolğunluğu,lifin möhkəmliyi,yetişkənliyi, lifin uzunluğa görə bərabərliyi, uzunluğa görə variasiyası,qısa liflərin tutumu, lifin mikroneyri,  mahlıcın nəmliyi və tərkibində qüsur və zibil qarışıqlarının faizlə miqdarı, toxumun nəmliyi və tərkibində mineral,orqanik və yağlı qarışıqların müəyyən olunması, toxumun mexaniki zədələnmə faizi kimi analizləri yerinə yetirir. Hər il institutun şöbə, laboratoriya və təcrübə stansiyalarının təqdim etdikləri nümunələr üzərində yuxarıda göstərilən analizlər olunur.

Bundan başqa laboratoriyada hər xam pambıq tədarükü mövsümünə MMC-lərin sifarişi ilə ikitərəfli bağlanan müqavilə əsasında seleksiya, sənaye və yığım növünə görə standart xam pambıq etalon nümunələri, iki ildən bir növlər və siniflər üzrə val və mişarlı cində emaldan alınmış mahlıc üçün beynəlxalq standartlara uyğun “Azərbaycan Pambığı” xarici görünüş  standart mahlıc etalonları hazırlanır.

Laboratoriyada MMC-lərin sifarişi ilə, müqavilə əsasında onların tədarük məntəqələri və emal zavodlarının laborantlarına xam pambıq və ondan alınan məhsulların keyfiyyət göstəricilərinə dair təlim-seminar keçilir və “Sertifikat” verilir.

Aparılan mözvu və tədqiqat işləri

 

Mövzu 2.1. Genetik metodlarla seleksiya proseslərində istifadə olunan başlanğıc material əsasında məhsuldar, tez yetişən ekoloji plastik, xəstəlik və zərərvericilərə qarşı davamlı, yüksək lif çıxımına və keyfiyyətinə malik orta lifli pambıq sortlarının yaradılması və sınağı.

1. Lifinin keyfiyyəti IV və V tipə uyğun, tezyetişən pambıq sortlarının yaradılması.
2. Yeni pambıq sortlarının ilkin və müsabiqəli sort sınağı.

3. Prespektivli pambıq sortları sort nümunələri, seleksiya materiallarının süni infeksion vilt və hommoz xəstəliklərinə qarşı davamlılıq dərəcəsinin öyrənilməsi

4. Qamma şüalarının pambıq toxumlarına təsiri il mutasiya dəyişikliyinin öyrənilməsi və mutant formaların yaradılması.

 

Əməkdaşların siyahısı:

  1. Qəhrəmanov Fərmayıl Kəmayıl oğlu – aparıcı elmi işçi
  2. Zeynalova İntizar Çingiz qızı – böyük elmi işçi
  3. Yaqubova Xuraman Cavanşir qızı – böyük elmi işçi
  4. Əliyeva Nərgiz Qafar qızı – böyük elmi işçi
  5. Namazova Nahidə Yahya qızı – böyük elmi işçi
  6. Abbasova Könül Xudaverdi qızı – böyük elmi işçi
  7. İsmayılova Xoşqədəm Bayram qızı – böyük elmi işçi
  8. Mustafayeva Qənirə Mədət qızı – böyük elmi işçi
  9. Qasımova Kəmalə Əşrəf qızı – böyük elmi işçi
  10. Əhmədov Tərxan Zakir oğlu – böyük elmi işçi
  11. Kərəvəliyev Ramik Emil oğlu – elmi işçi
  12. Rəhimov Mübariz Qurban oğlu – elmi işçi
  13. Dəmirova Gülçin Elçin qızı – elmi işçi
  14. Yusubov Qəhrəman Allahverdi oğlu – kiçik elmi işçi
  15. Eyyubova Güləbətin Şəmməd qızı – mütəxəssis
  16. Xəlilova Atlas Məhəmməd qızı – böyük laborant
  17. Həsənova Çiçək Alay qızı – böyük laborant
  18. Nəsibova Pəri Zeynal qızı – böyük laborant
  19. İbrahimova Gülşad Faxrəddin qızı – böyük laborant
  20. Hüseynova Hicran Nəriman qızı – böyük laborant
  21. Səfərova Svetlana Məhərrəm qızı – laborant
  22. Əliyeva Reyhan İsgəndər qızı – laborant
  23. Allahverdiyev Ceyhun İbrahim oğlu – laborant
  24. Nadirova Yeganə Əmirxan qızı – laborant
  25. Kazımova Günay Fizuli qızı – laborant
  26. Hüseynova Ziyafət Qüdrət qızı – laborant
  27. Quliyeva Sevda Gülalı qızı – laborant
  28. Həsənova Afət Səfəralı qızı – laborant
  29.  

     

     

Xəbərlər