TƏCRÜBƏ SAHƏLƏRİNDƏ PAMBIQ YIĞIMI DAVAM EDİR » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Ölkəmizdə 100 min hektar sahədə pambıq becərilir. Becərilən pambıq toxumlarının əksəriyyəti başqa ölkələrdən idxal olunur. İdxalın qarşısını almaq məqsədilə institutun hədəflərindən biri də yerli şəraitə adaptasiya olunmuş, yüksək lif çıxımına malik, quraqlığa, xəstəlik və zərərvericilərə davamlı, vegetasiya müddəti qısa olan pambıq sortlarının yaradılmasıdır. Bu məqsədlə təcrübə sahələrində yerli Gəncə 160, Gəncə 132, Gəncə 182, Gəncə 183 sortları ilə xaricdən introduksiya olunmuş Türk, Pakistan, Yunan və Özbək pambıq sortları müqayisəli öyrənilir, həmçinin seleksiya işlərində başlanğıc material kimi istifadə edilir. Bu baxımdan Texniki bitkilərin seleksiyası və Genetika və genofond laboratoriyasının əməkdaşları tərəfindən toplanmış zəngin materiallar zəmnində istiqamətli işlər davam etdirilir. Aparılan işlərin nəticəsi olaraq Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) birgə layihə çərçivəsində mutant xətlər alınıb.
Qeyd edək ki, pambıq sortlarından orijinal və super elit toxumlar almaq məqsədilə “toxumçuluq təlimatı”na uyğun olaraq xam pambıq məhsulunun yığımı əl ilə aparılır.

Paylaş: