QAX RAYONU ƏRAZİSİNDƏ FINDIQ BAĞLARINDA AĞACLARIN QURUMA SƏBƏBLƏRİ ARAŞDIRILIB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun tədqiqatçıları tərəfindən Qax rayonu ərazisində aparılan müşahidələr göstərib ki, son zamanlar fındıq bağlarında bəzi ağaclar quruyur. Bu isə fermerlərin böyük narahatlığına səbəb olur.

Ağacların quruma səbəbinin müəyyənləşdirilməsi, fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin mütəxəssislərindən ibarət qrup yaradılıb.
Mütəxəssis qrupu tərəfindən fermer təsərrüfatlarında monitorinqlər aparılıb. Monitorinqlər zamanı bir çox ağacların quruduğu, bəzilərinin isə yarıqurumuş vəziyyətdə olduğu müəyyən edilib. Ağacların quruma səbəbinin müəyyən olunması məqsədilə onların gövdəsindən, yarpaq və kök hissələrindən nümunələr götürülərək analiz olunması üçün laboratoriyaya göndərilib.

Mütəxəssislər bildirib ki, mübarizə tədbirləri analizin nəticələrindən asılı olaraq həyata keçirilsin.

Paylaş: