Pilot İstehsalat şöbəsi

Pilot İstehsalat şöbəsi





Pilot İstehsalat şöbəsinin müdiri: Ələsgərov Eldar Ələsgər oglu 16 05 1958 ci il təvəllüdlü Goranboy rayonu Quşçular kəndində anadan olmuşdur. 1981-ci ildə Səməd Agamalıoglu adına Azərbaycan Kənd Təsərrüfatı institutunun Aqrokimya və Torpaqşünaslıq fakültəsini bitirib, Alim aqronom ixtisası almışdır.

Pilot İstehsalat Şöbəsi 2015-ci ildən fəaliyyətdədir. 2018-ci ildə (keçmiş Eksperimental İstehsalat Gəncə bazası) institutun elmi şurasının qərarı ilə adı dəyişdirilmişdir.

Pilot İstehsalat şöbəsi, institutun Samux rayonu ərazisində yerləşən 30 hektar, Gəncə şəhəri Atabəylər prospektində yerləşən 8.50 hektar əkin sahəsində,mövzular planına uygun olaraq elmi tədqiqat məqsədilə əkilmiş pambıq, günəbaxan, çugundur, bugda, üzüm və meyvə baglarında sortların xəstəlik və zərərvericilərə qarşı davamlılıgının öyrənilməsi, pestisidlərin sinaqlarının aparilmasına köməklik edilməsi, əkiləcək bitkilər üçün əkin sahələrinin hazırlanması,toxumların səpilməsi,əkilmiş bitkilərin aqrotexniki qaydada becərilməsinə və məhsulun yıgılmasına xidmət edir.

İnstitutun təcrübə sahələrində əkilmiş bitkilərdən alınan məhsulun müqavilə əsasında satilması həyata keçirilir. Pambıq sortlarının pambıq emalı sexində emalı, əldə olunan toxumun fermerlərə müqavilə əsasında verilməsi, mahlıcın Gəncə Tekstilni MMC ilə müqavilə baglanaraq bazar qiymətinə satılması və digər bitkilərin müqavilə əsasında satışından əldə olunan məbləgin institutun büdcəsinə keçirilməsinə xidmət edir.