Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu | Pestisidlərin, bioloji və aqrokimyəvi maddələrin sınağı laboratoriyası

Pestisidlərin, bioloji və aqrokimyəvi maddələrin sınağı laboratoriyası

Pestisidlərin, bioloji və aqrokimyəvi maddələrin sınağı laboratoriyası

Pestisidlər laboratoriyası Bitki mühafizə və Texniki Bitkilər Elmi tədqiqat İnstitutunun nəzdində 1970-ci ildən fəaliyyət göstərir. Sonralar adı dəyişdirilərək Pestisidlərin və bioloji preparatların sınağı laboratoriyası, 2021-ildən isə Pestisidlərin, bioloji və aqrokimyəvi maddələrin sınağı laboratoriyası adı altında fəaliyyət göstərir.

Laboratoriyanın fəaliyyəti- müxtəlif kənd təsərrüfatı bitkilərinin- (pambıq, üzüm, taxıl, meyvə- tərəvəz və s.) zərərvericilərinə qarşı istifadə olunan yüzlərlə yeni kimyəvi və bioloji preparatlar sınaqdan keçirilmiş və onların zərərvericilərinə qarşı mübarizədə istifadəsinə dair mübarizə sxemi hazırlanmış, təsərrüfatlara təqdim edilmişdir. O cümlədən, digər bioloji vasitələrindən, feramon tutucusularından istifadə etməklə zərərli orqanizmlərə qarşı tətbiq etmək və onların bioloji səmərəliliyinin öyrənilməsindən ibarətdir. Bioloji səmərəliliyi yüksəltmək və zərərverici populyasıyasında davamlılığın yaranmaması məqsədi ilə müxtəlif təsir mexanizminə malik pestisidlərin zərərvericilərə qarşı birgə tətbiqi öyrənilir.

Təklif- Fermerlərə təklifimiz ondan ibarət olmuşdur ki, yüksək və keyfiyyətli məhsul əldə etmək üçün kimyəvi mübarizənin (kimyəvi zəhərlərdən istifadənin) minimuma endirilməsi, zərərli orqanizmlərə qarşı inteqrir mübarizə sistemində aqrotexniki, mexaniki, kimyəvi və bioloji mübarizə vasitələrinin müvafiq elementlərini kompleks şəklində tətbiq etsinlər və zərərvericilərin ziyan vurma həddi nəzərə alınmaqla, təbii entomofaqlar populyasiyası qorunub saxlansın.

Nəaliyyətləri- Laboratoriyada Kənd təsərrüfatı zərərvericilərinə qarşı mütərəqqi mübarizə üsulu olan inteqrir mübarizənin hazırlanması üzrə aparılmış tədqiqatlarda təsərrüfatlar üçün ekoloji baxımdan səmərəli yeni mübarizə üsulu hazırlanmış və təsərrüfata təqdim edilmişdir.

İnteqrir mübarizənin tətbiqinin nəticəsi olaraq zərərli orqanizmlərə qarşı pestisidlərdən düzgün və səmərəli istifadə edilməsi, pestisidlərdən istifadə edilərkən təhlükəsizlik qaydalarına əməl edilməsi, torpaqda, suda, havada, bitkilərdə pestisidlərin toplanmasının, insanın və ev heyvanlarının xroniki zəhərlənməsinin qarşısını alır.

Beləliklə, laboratoriyada kimyəvi mübarizə üsulunun təkmilləşdirilməsi və təhlükəsiz istifadəsi yolunda kifayət qədər nəaliyyətlər əldə edilmişdir. Kimyəvi mübarizənin inteqrasiyası digər mübarizə üsulundan, hər şeydən əvvəl bioloji-kimyəvi mübarizədə faydalı canlıların saxlanması şəraitinin hərtərəfli təhlili və bilgisi əsasında aparılması ilə fərqlənir. Yəni, bu məsələnin həlli iki istiqamətdə aparıla bilər. Birinci- yüksək seçici təsirə malik (ancaq zərərli obyektə toksiki təsir göstərən) və ikinci- zərərvericilərin təbii düşmənlərinə mənfi təsiri az olan preparatların sintezi ilə bağlı aparılmasıdır.

Laboratoriyada görülmüş işlər haqqında Respublikanın müxtəlif rayonlarında kənd təsərrüfatı ilə məşqul olan fermerlərlə tədbirlər zamanı elmi müzakirələr aparılmış və bukletlər formasında yazılaraq təqdim edilmişdir.

Aparılan mözvu və tədqiqat işləri


Mövzu: Aqrosenozda daim çoxalan zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin işlənib hazirlanması və fermer təsərrüfatlarında tətbiqi
1. Respublikanın iqtisadi bölgə şəraitində çoxillik meyvə ağaclarında zərərvericilərin növ tərkibinin dəqiqləşdirilməsi və başlıca növlərə qarşı inteqrir mübarizə tədbirlərinin hazırlanması
2. Pambıq aqrobiosenozunda ən təhlükəli zərərvericilərin müəyyən edilməsi onlara qarşı yeni metodlarla inteqrir mübarizə tədbirlərinin hazırlanması.
3. Yeni preparatların sınaq işləri.

Şöbədə aşağıdakı tərkibdə əməkdaşlar fəaliyyət göstərir:

1. Məmmədova S.C. - Laboratoriya Müdiri
2. Xoyluyeva G.C. – Böyük elmi işçi
3. Əliyeva N.E. – Elmi işçi
4. Əliyeva F. R. –Kiçik elmi işçi
5. İsgəndərova D.Q.- Böyük laborant
6. Məhərrəmov P. Ə. – laborant