Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu | Mexanikləşdirmə şöbəsi

Mexanikləşdirmə şöbəsi

Mexanikləşdirmə şöbəsi

Şöbə 1959-cu ildən fəaliiyət göstərir. Mexanikləşdirmə şöbəsinin əsas məqsədi kənd təsərrüfatı bitkilərinin zərərverici və xəstəliklərinə qarşı istifadə olunan dərman preparatların çilənməsində kiçik həcmli ciləyicilərdən, müxtəlif toxumların dərmanlamasında və bioloji obyektlərin (tüfeyli və yırtıcıların ) sahəyə buraxılmasında istifadə olunan yeni tipli mexaniki qurğuların hazırlanmasından ibarətdir. Şöbənin nəzdində institutun sahələrində istifadə olunan kənd təsərrüfatı texnikaları, avadanlıqları və kənd təsərrüfatı dronu mövcuddur. Bütün texnikalar və avadanlıqların təmiri, o cümlədən yeni tipli qurğuların hazırlanması şöbənin emalatxanasında hazırlanır.

Aparılan mözvu və tədqiqat işləri

Mövzu: 1.2.Ekoloji- təmiz məhsul istehsalında bioloji vasitələrdən istifadə etməklə kənd təsərrüfatı bitkilərinin başlıca xəstəlik, zərərverici və alaq otlarına qarşı mübarizə tədbirlərinin hazırlanması.
İş:1.2.9. Bioloji mübarizədə pambıq sovkasına qarşı istifadə olunan habrobrakon tüfeylisinin yığılması üçün mexaniki qurğunun hazırlanması.

Şöbədə aşağıdakı tərkibdə əməkdaşlar fəaliyyət göstərir:

1. Məmmədov Anar Nizami oğlu - şöbə müdiri
2. Bayramov Rafiq Rafayıl oğlu - böyük elmi işçi
3. Qurbanlı Vaqif Nurəddin oğlu - mühəndis texnik
4. Abbasova Gülxar Bəxtiyar qızı - mütəxəssis
5. Cəfərov Ruslan Qalib oğlu - laborant
6. Bəşirov Nofəl Ələsgər oğlu - çilingər
7. Məmmədov Hilal Ayaz oğlu - traktorçu