Layihə Axtarış Kimyalaşdırma Stansiyası

Layihə Axtarış Kimyalaşdırma Stansiyası

Layihə Axtarış Kimyalaşdırma Stansiyası (LAKS) SSR Nazirlər Sovetinin 13 may 1981-ci il tarixli 251-saylı qərarına əsasən yaradılımışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il qərarına əsasən Gəncə Layihə Axtarış Kimyalaşdırma Stansiyası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə vəTexniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun tabeliyinə verilmişdir.

LAKS fermerə torpağın qida maddələri olan Azot, Fosfor, Kaliumun təyini, suvarma suyun analızini (qələviliyi,duzluğu,codluğunu) vэ optimal gübrə normalarının təyinini həyata keçirir.

Laboratoriyanın fəaliyyəti əkinə yararlı torpaqdan düzgün istifadə olunmaqla, keyfiyyətli və təhlükəsiz məhsul almağa imkan yaradır.Kefiyyətli məhsul istehsalı həm fermerə həmdə Respublikanın ixrac əməliyyatında dayanıqlı inkişaf reformasını və proseslərin stimullaşdırmasına gətirib cıxarır.

Stansiyada 4 şöbə var.

Nümunələrin götürülməsi şöbəsi

Torpaq və suvarma suyunun aqrokimyəvi analizi şöbəsi

Aqrokimyəvi torpaq xəritələrinin hazırlanması və məlumat şöbəsi

Təchizat və xidmət qrupu

Təklif etdiyi xidmətlər:

Hal hazırda laboratoriyamızda Azot (Des Nüvə 1) Keydal aparatı,Fosfor (spektometr),Kalium (Flamephotometr)Organik maddə(humus),PH (ph-02 pen tupe ph metr,duzluluq (3200conductivity metr) karbonatlıq (kalsimetr) aparatları ilə analizlər aparılır və fermerə müəyyən tövsiyyələr verilir.