İnformasiya təminatı, ictimaiyyətlə əlaqələr və elmi nəticələrin tətbiqi şöbəsi
Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun “İnformasiya təminatı, ictimaiyyətlə əlaqələr və elmi nəticələrin tətbiqi” şöbəsi elmi-praktiki konfransların, seminar və dəyirmi masaların təşkili, foto və video çəkilişlərinin aparılması, təlimlərin keçirilməsi, eyni zamanda elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi işlərini həyata keçirir.
Şöbə İnstitutun rəsmi internet saytı və sosial şəbəkələrdəki səhifələri üçün məlumatların hazırlanması prosesində iştirak edir və həmin məlumatları yerləşdirir. Bundan əlavə institutun KİV-lə və ictimaiyyətlə əlaqələr sahəsində işlərinin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin edir. Eyni zamanda ictimaiyyət ilə əlaqələri təşkil edir, əlaqələndirir və həyata keçirir.
Şöbədə aşağıdakı tərkibdə əməkdaşlar fəaliyyət göstərir:
1. Vəliyeva Mahirə Aydın qızı - Şöbə müdiri2. Həmidov Vuqar İsax oğlu - Baş mütəxəssis
3. Cəfərova Natella Nuru qızı – Aparıcı mütəxəssis
4. Məmmədova Ellada Fariz qızı - Mütəxəssis
5. Qəmbərova Sevil Arif qızı - Mütəxəssis
6. Abbasov Arzu Eyyub oğlu - Mütəxəssis
7. Aslanova Şəfəq Elbəyi qızı – Kitabxanaçı
8. Məmmədova Lamiyə Müzəffər qızı – Texnik