Genetika və genofond laboratoriyası » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Genetika və genofond laboratoriyası

Genetika və genofond laboratoriyası

Şöbə müdiri: Mahmudov Tariyel Qara oğlu, biologiya elmləri üzrə fəlsəfə doktoru

e-mail:

Telefon:  (+994) 50 538 12 04

Genetika laboratoriyası 1928-ci ildə təşkil edilmiş, 1962-ci ildə laboratoriyanın adı dəyişirilmiş genetika və sitologiya adlandırılmışdır. Hal-hazırda isə Genetika və genofond adı ilə fəaliyyət göstərir.

Elmi tədqiqat işlərini genetika və sitologiyanın elmi metodlarından istifadə edərək seleksiya üçün donor almağa doğru istiqamətləndirilmişdir. Həmçinin dünya kolleksiyası genofondunu öyrənməklə onu zənginləşdirib təmiz halda gənc nəslə olduğu kimi çatdırmaqdır.

Laboratoriyanın elmi əməkdaşları mütamadi olaraq ezamiyyələrdə olmaqla pambığın genetikası və seleksiyası barədə ətraflı məlumat verməklə, fermerlərə təlim keçirlər.
Laboratoriyada yabanı növlərin zəngin genofondundan layiqincə istifadə edərək kolxitsinin köməyi ilə bir sıra alınmış unikal steril hibridlərdən (G.hirsutum x G.stocsii, G.hirsutum x G.sturtii, G.hirsutum x G.trilobum, G.hirsutum x G.armourianum, G.hirsutum x G.raimondii, G.hirsutum x G.incanum, G.hirsutum x G.anomalum, G.hirsutum x G.arboreum və s.) fertil nəsil alınmışdır.

Laboratoriyada ilk dəfə eksperimental poliploidiya metodu işlənib hazırlanmış genetika və seleksiya tədqiqatları üçün əvəz olunmaz təbiətdə olmayan 78, 65 xromosomlu heksaploid, pentaploid və poligenom formaların yeni genotiplərinin yaradılmasına nail olmunmuşdur.

Bu formalar hal-hazırda bekkross və resiprok hibridləşmədə istifadə etməklə, intensiv tipli sortların yaradılmasında yabanı növlərin zəngin əlamətlərini kəsb edən çoxlu sayda donorlardan istifadə olunmaqdadır.

Həmçinin unikal alınmış steril hibridləri kolxitsinin zəhərli təsirindən məhv etməmək üçün pambıqçılıqda ilk dəfə vegetativ artırma üsulları (çilik, calaq və basma) işlənib hazırlanmış bu da steril hibridlərin daimi olaraq canlı halda saxlanmasına təminat vermişdir.

Fiziki və kimyəvi reagentlərdən istifadə etməklə təcrübəvi mutagenez metodu ilə geniş tədqiqat işləri aparılaraq müəyyən olundu ki, qozaların iriliyi, kolun şaxəli olması dominant xarakter daşıyır. Reagent qatılığının artma intensivliyi dəyişkənlik faizinin yüksəlməsinə səbəb olur. Həmçinin müəyyən edilmişdir ki, fiziki mutagenlərin təsirindən pambıq bitkisində daha çox qeyri tipik formalar, kimyəvi mutagenlərin təsirindən isə qiymətli təsərrüfat əhəmiyyətli formaların əmələ gəlməsinə zəmin yaradılır.

Alınmış qiymətli mutant formaların hibridləşmədə istifadə edilməsi mutant xətlərinin yaradılmasını tezləşdirməklə, xəstəlik və zərərvericilərə qarşı davamlı yeni genotiplərin alınma imkanlarının səmərəliyini artırır.

Laboratoriyanın əməkdaşları dünya kolleksiyasının 850 nümunəsi üzərində tədqiqat apararaq kompleks təsərrüfat qiymətli göstəriciləri olan formalar mütamaddi olaraq seleksaiyaçılara tövsiyə olunmuşdur.

Laboratoriyada yeni olaraq molekulyar səviyyədə pambıq sortlarının şoranlığa və duza qarşı müqavimətlilik mexanizmasını tətqiq etməklə, şoran torpaqlarda pambıq bitkisinin becərilmə mümkünlüyünün öyrənilməsinə başlanmışdır.

Beləliklə, eksperimental poliplodiya və təcrübəvi mutagenezə dair nəzəri əsaslar işlənib hazırlamaqla bərabər həmçinin zəngin tədqiqatların nəticəsi olaraq əvvəlki illərdə laboratoriyada alınmış AzNİXİ-104, AzNİXİ-195, Gəncə-103 pambıq sortları rayonlaşmış və bir sıra kəskin dilimli ağ və rəngli (qəhvəyi) karlik formalar alınmışdır ki, bunlar pambığın sənaye üsulu ilə sıx səpin becərməsində istifadə oluna bilər.

Laboratoriyanın iki perspektivli Gəncə-200 və Gəncə-226 pambıq sortları dövlət sort sınaq komissiyasında sınaqdan keçirilir.

Əməkdaşların siyahısı:

  1. Eldarov Səbuhi İsbəndiyar oğlu – böyük elmi işçi
  2. Abbasov Asəf Telman oğlu – Böyük elmi işçi
  3. Məmmədrzayeva Rumiyyə İsrayıl qızı – böyük elmi işçi
  4. Həsənzadə Şamxal Rahil oğlu – elmi işçi
  5. Aslanova Aynurə Tofiq qızı – elmi işçi
  6. Cəfərova Südabə Qənbər qızı – böyük laborant
  7. Əsgərova Kəmalə Oktay qızı – laborant
  8. Abbasova Gülmirə Tapdıq qızı – laborant
  9. Alnağıyeva Aytən İlyas qızı – laborant

 

 

 

Xəbərlər