Fitopatologiya şöbəsi » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Fitopatologiya şöbəsi

Fitopatologiya şöbəsi

Şöbə 22 yanvar 1959-cu ildən fəaliyyət göstərir. Şöbədə respublika ərazisində becərilən kənd təsərrüfatı, meşə və dekorativ bitkilərdə yayılmış xəstəliklərin növ tərkibini, bioloji xüsusiyyətlərini və inkişaf dinamikasını öyrənməklə onlara qarşı mübarizə tədbirləri işlənib hazırlanmışdır. Şöbənin əməkdaşları tərəfindən pambıqda geniş yayılmış hommoz və vilt xəstəliklərinə qarşı “BX” mikrob antoqonist yaradılmışdır (1971). Ona da III dərəcəli attestat təqdim olunmuşdur.

Fermer təsərrüfatlarında taxıl və üzüm bitkilərinin xəstəlikləri haqqında təlimlər keçirilməsi. Xəstəliklərə qarşı preraratların düzgün seçilməsi və vaxtında mübarizələrin aparılması haqqında tövsiyyələrin verilməsi.
Şöbə fəaliyyət göstərdiyi illərdə kadr hazırlığına xüsusi diqqət yetirmişdir. Belə ki, müxtəlif illərdə Zemfira Xəlilova, Stalina Rzayeva, Movsüm Bağırov, Aydın Məmmədov, Abuzərli Zahid, İmanov Nəriman, Nizami Qarayev, Tağıyev Ələddin və başqaları müdafiə edərək elmlər namizədi adını almışlar.

Aparılan mözvu və tədqiqat işləri

Mövzu:1.1. Aqrosenozlarda daim çoxalan başlıca zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması və fermer təsərrüfatlarında tətbiqi.

1. Gəncə-Qazax iqtisadi bölgəsinin payızlıq taxıl əkinlərində geniş yayılmış zərərli orqanizmlərə (başlıca xəstəliklərə, alaqlara, zərərvericilərə) qarşı yeni kompleks mübarizə tədbirlərinin hazırlanması.
2.Gəncə-Qazax bölgəsi şəraitində şəkər çuğunduru əkinlərində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması

Mövzu:1.2. Ekoloji-təmiz məhsul istehsalında bioloji vasitələrdən istifadə etməklə kənd təsərrüfatı bitkilərinin başlıca xəstəlik, zərərverici və alaq otlarına qarşı mübarizə tədbirlərinin hazırlanması.

1.Gəncə-Qazax iqtisadi bölgəsində kartofun yeni texnologiya üzrə becərilməsi əsasında başlıca xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması.

2.Gəncə-Qazax iqtisadi bölgəsinin üzüm bağlarında yayılmış xəstəlik, zərərverici və alaq otlarının növ tərkibinin müəyyənləşdirilməsi əsasında başlıca növlərə qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması və tətbiqi.

3.Pambıq aqrobiosenozunda başlıca zərərverici və xəstəliklərə qarşı bioloji vasitələrdən istifadə etməklə mübarizə tədbirlərinin hazırlanması və fermer təsərrüfatlarında tətbiqi.

Kartof, şəkər çuğunduru, pambıq, üzüm, taxıl əkinlərində başlıca xəstəlik və zərərvericiləri, alaq otlarına qarşı inteqrir mübarizə tədbirləri aparılmışdır. Xəstəlikləri müəyyən etmək üçün mikroskopik və aitopotoloji analizlər aparılaraq hansı növ xəstəliyə aid olduğunu müəyyənləşdirərək herbarilər hazırlanmışdır. Ayrı-ayrı iqtisadi bölgələrdə xəstəliklərin yayılmasını öyrənmək üçün vegetasiya müddətində marşurut tədqiqatları apararaq xəstəliklərin yayılma və inkişaf intensivliyi öyrənilmişdir.

Şöbədə aşağıdakı tərkibdə əməkdaşlar fəaliyyət göstərir:

1. Mahmudov Haley Aslan oğlu – şöbə müdiri
2. Qədimova Heyran Vahid qızı – böyük elmi işçi
3. Qocayeva Səadət Kamil qızı – böyük elmi işçi
4. Məhərrəmova Sevinc Saləddin qızı – elmi işçi
5. Abbasov Vüsal Qaçay oğlu – kiçik elmi işçi
6. Əliyeva Rəsmiyyə Yəhya qızı – böyük laborant
7. Alıyeva Səbinə Nofəl qızı – laborant

Xəbərlər