Bitki Muhafizəsi ve Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu | Fəaliyyət istiqamətləri

İnstitutun fəaliyyət istiqaməti

İnstitutun fəaliyyət istiqaməti

• Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu mövzular planına uyğun olaraq 1 istiqamət, 2 problem üzrə aparılır.

• 1 problem üzrə 4 mövzuya aid 22 elmi tədqiqat işi 22 mərhələdə yerinə yetirilir. İkinci problem üzrə isə 4 mövzuya dair 19 elmi-tədqiqat işi, 21 mərhələdə aparılır. Cəmi 8 mövzuya dair 41 elmi-tədqiqat işi yerinə yetirilir.

• 2022-ci il üçün planlaşdırılmış elmi tədqiqat işlərinin icrasında 74 nəfər elmi işçi, o cümlədən 11 nəfər fəlsəfə doktoru, 1 nəfər elmlər doktoru iştirak edir.

• Kadr hazırlığı ilə əlaqədar hal-hazırda institutda dissetant (6nəfər) və doktorantlar (1 nəfər əyani, 1 nəfər qiyabi) cəmi 8 nəfər doktoranturada təhsil alaraq elmi-tədqiqat işləri aparırlar.

• 2022-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin İnsan Resursları şöbəsinin Təşkilatçılığı ilə respublikanın müxtəlif bölgələrində texniki bitkilərin aqrotexnologiyasına dair 19 əyani və onlayn təlimlər keçirilib






• İnstitutun əsas fəaliyyət istiqamətlərindən biri respublika ərazisində açıq və örtülü şəraitdə becərilən kənd təsərrüfatı, meşə, yaşıllıq, dekorativ və dərman bitkilərinin zərərverici, xəstəlik və alaq otlarının növ tərkibinin, yayılma arealının, başlıca zərərli orqanizmlərin bioekoloji xüsusiyyətlərinin və onların vurduğu zərərin öyrənilməsi əsasında ekoloji baxımdan təhlükəsiz mübarizə tədbirlərinin işlənib hazırlanması.

• Respublika ərazisində yayılmış karantin zərərli orqanizmlərin bioekoloji xüsusiyyətlərinin öyrənilməsi və onların qısa və uzunmüddətli inkişaf proqnozunun hazırlanması.

• Yüksək rəqabət qabiliyyətliyinə malik ixrac yönümlü, respublika üçün prioritet hesab edilən bitkilərin zərərli orqanizmlərinə qarşı inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması.

• Zərrəli orqanizmlərdə pestisidlərə qarşı davamlılığın molekulyar-genetik əsaslarının öyrənilməsi

• Respublikaya daxil olan pestisidlərin və bioloji vasitələrin və preparatların istehsalı, sınağı, optimal normaların müəyyənləşdirilməsi və tətbiq reqlamentlərinin hazırlanması.

• Respublikanın ayrı-ayrı bölgələri üzrə fitosanitar vəziyyətin qiymətləndirilməsi.