Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu | Entomologiya şöbəsi

Entomologiya şöbəsi

Entomologiya şöbəsi

Entomologiya şöbəsi 1959 cu ildə bitki mühafizə insutu yaradılan zaman onun nəzdində Təbbi zoologiya şöbəsində entomologiya labaratoriyası kimi fəaliyyətə başlamışdır.

Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutu təşkil edilərkən Tətbiqi zoologiya şöbəsinin tərkibində fəaliyyətə başlayanilk labaratoriyalardandır. Hal- hazırda Bitki mühafizə və Texniki Bitkilərelmi tədqiqat institutunun tərkibində Entomologiya şöbəsi kimi fəaliyyət göstərir. Şöbədə kənd təsərrüfatı bitkilərinin, o cümlədən meyvə ağaclarının, üzüm bağlarının, tətəvəz, bostan, yem bitkilərinin zərərvericilərinin bioekoloji xüsusiyyətləri yerli torpaq iqlim şəraitində öyrənilmiş və öyrənilir, başlıca növlərə qarşı mübarizə tədbirləri işlənib hazırlanır.

Kənd təsərrüfatı birkilərinə zərərər vuran zərərvericilərin vaxtında aşkar edilməsi və vurduşu ziyanın müəyyənləşdirilməsi məsul itkisinin qarşısını alır . bundan başqa bəzi həşaratlar müxtəlif xəstəliklərin yayıcısıdır. Və bu zərərvericilərə qarşı aparılan mübarizə bir çox xəstəliklərin qarşısını alır.

Kənd təsərrüfat bitkilərinə qarşı mübarizə aparan zamankinteqrir mübarizə üsullarından istifadə etməklə pestisidlərdən istifadəni minumuma endirmək lazımdır. Mübarizə zamanı zərərvercilərin müəyyən həddə saxlanılması onlarla qidalanan faydalı həşaratlın artmasına səbəb olur. Bu zaman faydalı həşaratların köməyi ilə zərərvericilərin papulyasiya sıxlığını azaltmağa və ekologiyanı qorumağa nail olmaq olar.

Şöbə fəaliyyətə başladığı gündən burada İsmayılov Hacı, Cəfərov Çingiz,Prapov Pavel,Cəfərov Yaqub, Allahverdiyev Şəmsəddin kimi tədqiqaçılarelmi təqiqat işlərini başa çatdırmış , disetasiya müdafiə etmişlər. Kazım Məmmədov isə elimlər doktoru adını almışdır. Hal hazırda şöbədə elmi tədqiqat işləri aparılır, şöbənin əməkdaşları vaxtaşırı təsərrüfatlara ezam olunaraq kənd təsərrüfatı bitkilərinə zərər vuran zərərvericilərin növ tərkibini öyrənilməsi, onlara qarşı mübarizə tədbirlərin işlənib hazırlanması üçin tədqiqatlar aparırlar.


Şöbədə aparılan mövzu və tədqiqat işləri


Mövzu:1.1. Aqrosenozlarda daim çoxalan başlıca zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması və fermer təsərrüfatlarında tətbiqi.
1. Müxtəlif torpaq iqliim şəraitində nar bitkisinin zrərvericilərinin növ tərkibinin dəqiqləşdirilməsi və başlıca növlərə qarşı inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması.

1. Müxtəlif torpaq iqliim şəraitində nar bitkisinin zrərvericilərinin növ tərkibinin dəqiqləşdirilməsi və başlıca növlərə qarşı inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması. Mövzu:1.2. Ekoloji-təmiz məhsul istehsalında bioloji vasitələrdən istifadə etməklə kənd təsərrüfatı bitkilərinin başlıca xəstəlik, zərərverici və alaq otlarına qarşı mübarizə tədbirlərinin hazırlanması.
1. Gəncə-Qazax iqtisadi bölgəsində kartofun yeni texnologiya üzrə becərilməsi əsasında başlıca xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması.

Şöbədə aşağıdakı tərkibdə əməkdaşlar fəaliyyət göstərir:

1. Aslanova Xurşid Zabit qızı - Böyük elmi işçi
2. Novruzova Rəna Şahniyar qızı - Böyük elmi işçi
3. Əhmədova Nərmin Məvahib qızı - elmi işçi
4. Həsənova Afaq Emin qızı - elmi işçi
5. Bağırova Tünzalə Səməd qızı - kiçik elmi işçi
6. Məmmədova Günel Pənah qızı - böyük laborant
7. Abdullayeva Dürdanə Nəriman qızı - laborant