BMTBETİ-NİN ƏMƏKDAŞININ TƏQAÜDƏ YOLA SALINMASI MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin əməkdaşı Haley Mahmudovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.
BMTBETİ-nin direktoru görüşdə Haley Mahmudovun 45 illik səmərəli əmək fəaliyyəti müddətində institutun elmi və ictimai həyatında fəal iştirak etdiyini, gənc mütəxəssislərin yetişdirilməsində, əvəzsiz xidməti olduğunu diqqətə çatdırıb.
Direktor uğurlar arzu edərək, onun gələcəkdə də öz təcrübəsi ilə institutun inkişafına dəstək göstərəcəyinə ümidvar olduğunu vurğulayıb.
Görüşün sonunda İnstitutun elmi və ictimai işlərində 45 il göstərdiyi fəaliyyətinə görə təşəkkürnamə ilə təltif olunub.

 

Paylaş: