BMTBETİ-NİN ƏMƏKDAŞI TƏRƏFİNDƏN ONLAYN TƏLİM KEÇİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

BMTBETİ-nin əməkdaşı Gülcamal Ələsgərovanın təqdimatı ilə onlayn təlim keçilib.
Kənd Təsərrüfatı Nazirliyi Elm, təhsil və insan resursları şöbəsinin təşkilatçılığı ilə keçirilən təlimə DAİM əməkdaşları və fermerlər qoşulub.
“Pambıq bitkisinin becərilməsində aqrotexniki qulluq işlərinin yerinə yetirilməsi xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin aparılması” mövzusunda keçilən təlimdə pambıq bitkisinin becərilmə texnologiyası, xəstəlik və zərərvericiləri, eyni zamanda mübarizə tədbirləri haqqında ətraflı məlumat verilib.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Paylaş: