“TƏRƏVƏZ BİTKİLƏRİNİN ZƏRƏRVERİCİLƏRİ” ADLI YENİ KİTAB NƏŞR OLUNUB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Tərəvəz Bitkilərinin Zərərvericiləri” adlı yeni kitab nəşr olunub.
Bu vəsait Azərbaycanın torpaq-iqlim şəraiti ilə fərqli regionlarında becərilən ən müxtəlif tərəvəz bitkilərinin geniş yayılmış və zərərli zərərvericilərinə həsr edilmişdir. Tərəvəz bitkilərinin bəziləri həm istixana, həm də açıq qruntda becərildiyindən onların inkişaf xüsusiyyətləri, dinamikası və yaşam tərzlərində də müxtəlifliklər mövcuddur. Burada tərəvəz bitkilərinin ümumi zərərvericiləri ilə
yanaşı xüsusi zərərvericiləri və onların idarə edilməsindən bəhs edilir. Vəsaitdə verilən mübarizə metodları müasirliyi ilə fərqlənir, özəllik ondadır ki, kimyəvi preparatlara son məqamda müraciət olunur.
Bu vəsait tərəvəzçiliklə məşğul olan iş adamları, aqronomlar, mütəxəssislər, fermerlər, magistrant və doktorantlar, habelə aqronomluq istiqamətində təhsil alan bakalavriatlar üçün faydalı ola bilər.
Paylaş: