BİTKİ MÜHAFİZƏ VƏ TEXNİKİ BİTKİLƏR ETİ-DƏ 27 SENTYABR – ANIM GÜNÜ QEYD EDİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilə ETİ-də 27 Sentyabr – Anım Günü qeyd edilib.

Tədbirdə YAP Gəncə şəhər təşkilatıın sədri Bayram Aslanov millət vəkili Pərvin Kərimzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Samirə Qasımova və institutun əməkdaşları  iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İbrahim Cəfərov Azərbaycan Prezidenti, Vətən müharibəsi xalq birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisidir. Eyni zamanda, Azərbaycan xalqının qazandığı Zəfərin möhtəşəmliyi Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Bu Qələbə son əsrlərin ən böyük qalibiyyəti, dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi ilə tarixə yazıldı. Azərbaycan ictimaiyyəti bu günlərdə böyük qürur hissi ilə milli tariximizdə silinməz iz qoymuş Vətən müharibəsinin başlanmasının, Azərbaycan torpaqlarında 30 illik erməni işğalına son qoyulmasının, tarixi Qələbənin ildönümünü qarşılayır. Xalqımızın bu haqq savaşında ölkə prezidentinə, rəşadətli ordusuna söykənərək qalib gəldiyini, tarixi torpaqlarımızı düşmən tapdağından azad etdiyini diqqətə çatdırıb. O, şəhidlərimizin həyat yolunun yeni nəsillər üçün bir örnək, vətənpərvərlik və fədakarlıq nümunəsi olduğunu vurğulayıb.

Millət vəkili Pərvin Kərimzadə çıxış edərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Qələbə xalqımızın bütün dünyaya haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Azərbaycan Ordusu dünya hərb tarixində qalib Ordular sırasına daxil oldu. Bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” şüarı, qələbəyə səsləyən lider çağırışı kimi xalqımızın müqəddəs torpaqlarımız uğrunda savaşının ideya qayəsinə çevrildi. Xalqımızın, cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik, hər kəsin bir nəfər kimi ölkə Prezidentinin ətrafinda sıx birləşərək böyük qələbəni reallığa çevirməsi bütün dünyada qüdrətli Azərbaycanın özünütəsdiqi kimi qəbul edildi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında üçrəngli bayrağımızın dalğalanması ilə Azərbaycan tarixinin ən parlaq səhifələri yazıldı. Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı Azərbaycan yaratdı.

Bayram Aslanov 44 günlük Vətən müharibəsi və Azərbaycanın şanlı Qələbəsi çoxəsrlik dövlətçilik tariximizin zirvə hadisəsi – iftixar səhifəsi oldu]unu vurğulayaraq bu Qələbə təkcə torpaqlarımızın işğaldan azad olunması – Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpası deyil, eyni zamanda, milli tərəqqinin yeni mərhələsinin başlanğıcı olduğunu qeyd edib.

Samirə Qasımova vurğulayıb ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu.

Çıxış edənlər  Vətən müharibəsinin tarixi əhəmiyyətini vurğulayıb, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin xalqımız tərəfindən daim böyük ehtiramla anılacağını qeyd edib.

Paylaş: