Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu | Biotexnologiya laboratoriyası

Biotexnologiya laboratoriyası

Biotexnologiya laboratoriyası

Biotexnologiya və Molekulyar Diaqnostika Laboratoriyasının əsas fəaliyyət istiqaməti bitkilərin, genetik müxtəlifliyinin analizi, molekulyar markerlər əsasında pasportlaşdırılması abiotik və biotik stress amillərə davamlılıq genlərinin skrininqi və ekspresiyasının tədqiqi, kəmiyyət və keyfiyyət əlamətlərinin assosiyativ və genetik xəritələnməsi və molekulyar seleksiyanın nailiyyətlərindən istifadə etməklə sortalma prosesini sürətləndirilməsindən ibarətdir.

Müasir standartlara cavab verə bilən avadanlıqlarla təmin olunmuş laboratoriyada bitkilərin xəstəilkərə və iqlim amillərinə davamlılıq potensialını molekulyar –genetik metodlarla öyrənmək üçün DNT izolyasiyası həyata keçirilir və DNT-nin qatılığının müəyyən olunur. Laboratoriyada həmçinin elektrofarez üçün agaroz gelinin hazırlanması, gel konsentrasiyasının və agaroz gel görüntüləmə sistemində istifadə ediləcək etidium bromid məhlulunun konsentrasiyalarının hazırlanması prosesləri aparılır. Bundan başqa agaroz gel üzərində DNT konsentrasiyalarının və keyfiyyətlərinin vizuallaşdırılması və nanoqramla tənzimlənməsinə nəzarət olunur. DNT-nin replikasıyasını həyata keçirmək üçün PCR-nin yerinə yetirilir və PCR protokolunun yaradılır. Son olaraq agaroz geldə əmələ gələn DNT zolaqlarının etiketlənməsi və nəticələrin qiymətləndirilməsi, kapilyar elektroforez üçün ilkin hazırlıqlar, onların görüntülənməsi və oxunması və nəticələrin sənədləşdirilməsi, primer optimallaşdırmasında gradient PCR tətbiqləri kimi laboratoya işlərini həyata keçirmək olur.


Şöbədə aşağıdakı tərkibdə əməkdaşlar fəaliyyət göstərir:

1. Nəbiyev Vüqar Rafiq - Şöbə müdiri
2. Behbudov Rövşən Rafiq - Böyük elmi işçi
3. Ağayeva Elnarə Ağabala-Kiçik elmi işçi
4. İbrahimova Reyhan Tahir-Kiçik elmi işçi
5. Əllaf Şayan Türkanə Məmməd-Laborant
6. Məhərəmova Şəfiqə Nəcəf-Laborant