Xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Bərdə rayon DAİM-də regional elmi-praktik seminar keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər  ETİ-nin mütəxəssisləri tərəfindən pambıqçılıq üzrə ixtisaslaşmış rayonlarda elmi-praktik seminarlar davam etdirilir.

Belə ki, 12.01.2022-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə  Bərdə rayon DAİM-də regional elmi-praktik seminar keçirilib. Seminarda Bitki Mühafizə və Texniki Bitkilər  ETİ-nin direktor müavini a.e.f.d., dos.Fariz Ələkbərov "Pambıq əkini üçün əsas torpaq becərmələri, keyfiyyətli dondurma şum və aratın aparılması qaydaları" mövzusunda geniş təqdimat edib.

Kənd Təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov,   Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, BMTBETİ-nin direktoru Elçin Xəlilov, eləcə də respublikada pambıqçılıqla məşğul olan böyük şirkətlərin,  DAİM-lərin, pambıq qəbulu məntəqələrinin rəhbərləri iştirak ediblər.

Təqdimat zamanı iştirakçılara keyfiyyətli dondurma şum və aratın aparılması, şumun keyfiyyətcə qiymətləndirilməsi, sələfi müxtəlif bitkilər olan sahələrdə pambıq əkini üçün torpaq becərmələrinin xüsusiyyətləri, yoncalığın şumlanma qaydası və s. barəsində geniş məlumat verilib.

Daha sonra seminar iştirakçılarının əldə etdikləri nəzəri biliklər onların iştirakı ilə təsərrüfat sahəsində birbaşa nümayiş olunub

BMTB ETİ

© 2020 BMTB ETİ