Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnsitutunun əməkdaşları Tərəvəzçilik Elmi Tədqiqat İnsitutunda (Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik hüquqi şəxs) təlim keçiblər.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnsitutunun əməkdaşları Tərəvəzçilik Elmi Tədqiqat İnsitutunda (Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik hüquqi şəxs) təlim keçiblər.

BMTBETİ-nin Biotexnologiya laboratoriyasının əməkdaşları Vüqar Nəbiyev, Rövşən Behbudov, Reyhan İbrahimova və Elnarə Ağayeva Molekulyar bilologiya və modern seleksiya laboratoriyasında çalışmaları üçün Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda keçirilən molekulyar biologiya və biotexnologiya üzrə təlimlərə cəlb olunublar. Beş gün ərzində davam edən təlimlərdə institutun əməkdaşları DNT nümunələrinin izolyasiya edilməsi, DNT-nin miqdarı və keyfiyyətinin təyin edilməsi, agaroz gel və kapilyar elektroforez proseslərinin tətbiqi, bufer məhlullarının hazırlanması, müxtəlif praymerlər vasitəsilə nümunələrin PCR analizlərinin aparılması və nəticələrin oxunması və s. bu kimi bilikləri mənimsəyiblər.

BMTB ETİ

© 2020 BMTB ETİ