Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin Elmi-Texniki şurasının növbəti iclası keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin Elmi-Texniki şurasının növbəti iclası keçirilib.
Elmi-Texniki Şurada Xəstəlik və zərərvericilərinin proqnozu laboratoriyası “Respublikanın kənd təsərrüfatı bitkilərində meşə biosenozunda başlıca xəstəlik və zərərvericilərdə ekoloji faktorların, fizioloji vəziyyətinin riyazi üsullarla öyrənilməsi əsasında qısa və uzun müddətli inkişaf proqnozunun hazırlanması", “Respublika şəraitində meşə zərərvericilərinin optimal vaxtda keyfiyyətli və səmərəli mübarizəsi üçün qısa və uzun müddətli inkişaf proqnozunun işlənib hazırlanması və Respublika şəraitində dəmyə və suvarılan sahələrdə siçanabənzər gəmiricilərin ekoloji, fizioloji və antrogen amillərin dəqiqləşdirilməsi əsasında qısa və uzun müddətli proqnozun işlənib hazırlanması " mövzularında hesabatları dinlənilib.
Şöbə müdiri Qərib Məmmədov və kiçik elmi işçi Ruhiyyə Məlikzadə tərəfindən laboratoriyada aparılan elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verilib və mövzu ətrafında verilən suallar tədqiqatçılar tərəfindən cavablandırılıb.
Sonda səsə qoyularaq Elmi Şuraya keçirilməsi qərara alınıb.

BMTB ETİ

© 2020 BMTB ETİ