Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin Elmi-Texniki şurasının növbəti iclası keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin Elmi-Texniki şurasının növbəti iclası keçirilib.
Elmi-Texniki Şurada Zəhər qalığının təyini və alaqlarla mübarizə laboratoriyasının "Respublikada becərilən kənd təsərrüfatı bitkilərində pestisid və aqrokimyəvi maddələrin məhsulda, bitkidə toplanma dinamikasının öyrənilməsi və tövsiyələrin hazırlanması", Pestisidlərin, bioloji və aqrokimyəvi maddələrin sınağı laboratoriyasının isə "Aqrosenozlarda daim çoxalan başlıca zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması və fermer təsərrüfatlarında tətbiqi" və "Ekoloji təmiz məhsul istehsalında bioloji məhsul istehsal etməklə kənd təsərrüfatı bitkilərinin başlıca xəstəlik, zərərverici və alaq otlarına qarşı mübarizə tədbirlərinin hazırlanması" mövzularında hesabatları dinlənilib.
Şöbə müdirləri İsa Ələsgərov, Simuzər Məmmədova və böyük elmi işçi Sevil Şərbətli tərəfindən laboratoriyada aparılan elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verilib və mövzu ətrafında verilən suallar tədqiqatçılar tərəfindən cavablandırılıb.
Sonda səsə qoyularaq Elmi Şuraya keçirilməsi qərara alınıb.

BMTB ETİ

© 2020 BMTB ETİ