Xəbərlər

Türkiyə nümayəndə heyəti Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də olub.

Türkiyə nümayəndə heyəti Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də olub.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri cənab İnam Kərimovun dəstəyi ilə Türkiyə Respublikasının Nazilli Pambıq Araşdırma İnstitunun direktoru Mustafa Koray Şimşək, "ProGen" Toxumçuluq şirkətinin baş direktoru Aykut Özbuğday, şirkətin meneceri İsmayıl Abay və KTN-nin Bitkiçliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov   BMTBETİ-də olublar.
Görüşün əsas məqsədi institutda pambıqçılıq üzrə aparılan elmi-tədqiqat işlərinin gücləndirilməsi, seleksiya və toxumçuluq işlərinin, eləcə də müştərək tədqiqatların aparılması ilə bağlı əlaqələrin qurulması olub.
Görüş zamanı institutun direktoru Elçin Xəlilov və əməkdaşlar tərəfindən institutda həyata keçirilən işlər və bu sahənin elmi potensialının gücləndirilməsi istiqamətində aparılan gələcək hədəflər haqqinda qonaqlara məlumat verilib.
Daha sonra qonaqlar institutun laboratoriyaları və əkin sahələrinə baxış keçirərək aparılan elmi tədqiqat işlərinin şəraiti ilə yaxından tanış olublar.

Qeyd edək ki, adı çəkilən təşkilatlarla elmi əlaqələrin qurulması və birgə əməkdaşlıq planlaşdırılır.

BMTB ETİ

© 2020 BMTB ETİ