Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda “BMTBETİ-nin Respublikada kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən aqrar şirkətlərlə elmi-praktiki tədqiqatların birgə aparılmasının tənzimlənməsi” mövzusunda elmi-praktik seminar keçirilmişdir.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda “BMTBETİ-nin Respublikada kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən aqrar şirkətlərlə elmi-praktiki tədqiqatların birgə aparılmasının tənzimlənməsi” mövzusunda elmi-praktik seminar keçirilmişdir.
“Azərpambıq ASK” MMC-nin, “MKT İK” MMC, “Azərşəkər” MMC-nin, “Aqro Dairy” MMC –nin, “Eldar-D” MMC-nin, nümayəndələrinin, institut alimlərinin iştirakı ilə keçirilən elmi-praktik seminarın məqsədi respublikada müasir innovativ texnologiyalarla təmin olunmuş şirkətlərlə, elm mübadiləsi, birgə tədqiqatların aparılması yollarının müəyyənləşdirilməsi və sifarişli tədqiqatların yerinə yetirilməsi mexanizminin hazırlanması olmuşdur.
Tədbiri giriş sözü ilə açan institutun direktoru b.e.f.d. dos Elçin Xəlilov institutda aparılan elmi tədqiqat işəri haqqında qısa məlumat verərək, gələcəkdə aqrar şirkətlərlə əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətli olmasını vurğulamışdır.
Tədbirdə çıxış edən BMTB ETİ-nin İnformasiya təminatı, ictimaiyyətlə əlqələr və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri a.e.f.d.,dos, Mahirə Vəliyeva dünya əkinçilik sistemində innovativ texnologiyalarla Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda aprılan tədqiqatların müqayisəli təhlilini vermişdir.
Daha sonra BMTB EETİ-nin direktor müavini a.e.f.d., dos, Fariz Ələkbərov “BMTBETİ-də aparılan elmi tədqiqat işlərində GAP yanaşmaları” mövzusunda çıxış edərək bildirib ki, hazırda Avropa bazarına çıxış yalnız GAP sertifikatı ilə mümkündür. Ona görə də şirkətlərlə aparılacaq müştərək tədqiqatlarda GAP yanaşmaları gözlənilməlidir.
Şirkətlərin nümayəndələri çıxış edərək qeyd etmişdirlər ki, birgə tədqiqat işlərinin aparılması hər iki tərəf, eləcə də ölkə üçün faydalı olması heç bir şübhə doğurmur.
Şirkətlərlə əməkdaşlığa önəm verdiklərini bildirən institut alimləri birgə əməkdaşlıqların aqrar sahənin inkişafına müsbət təsir göstərəcəyini qeyd etmişdirlər.
Sonda gələcəkdə GAP yanaşmalarını əsas götürərək, intensiv əkinçilik sistemini inkişaf etdirməklə, zərərli orqanizmlərə qarşı elmi əsaslandırılmış, inteqrir mübarizə tədbirləri aparılması istiqamətində institutla aqrar şirkətlər arasında qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparılıb, bu əməkdaşlığın rəsmiləşdirilməsi məqsədəuyğun hesab edilmişdir.

BMTB ETİ

© 2020 BMTB ETİ