Xəbərlər

Pambıq əkini üçün torpağın becəril­mə­sinə payızdan baş­lan­ır.

Pambıq əkini üçün torpağın becəril­mə­sinə payızdan baş­lan­ır.

Tor­pağın becərilməsində başlıca məqsəd, münbitliyin əsa­sı­nı təş­­­­­­kil edən qalın şum qatını yaratmaqdan ibarətdir. Pambıq al­tın­dan çıxmış sahələrdən quza-payının (pambığın yerüstü kütləsi) çı­xarıl­ma­­sı, onun əsaslı və ca­ri ha­­­­marlanması, arat, üzvi və mi­­neral gübrələrin ve­rilməsi, şumlamanın üs­ul­­­ları və şumun dərin­liyi  və s. təd­birin yerinə yetirilməsi daxildir.

Ölkə ərazisində, pambıq əkini üçün dondurma şumunun aparılmasının ən yaxşı vaxtı noyabr ayıdır. Dondurma şumunun payızda aparılması nəticəsində torpa­ğa ge­cə­­lər və səhər saatlarında şaxta, gündüzlər isə istilik tə­sir edir. Şax­ta­nın təsirindən torpaq məsamələrində olan suyun donması nəti­cəsində on­­un həcmi genişlənir, istiliyin təsirindən isə, tor­paq kəltənləri xırda his­­­­sələrə bölünür.  Öncə sahə quza-pa­yın­dan (yer­üstü hissə) təmizlənməlidir.

Vax­tın­da və normal səpin aparmaqla suvarmaları is­tə­ni­lən qaydada təşkil et­mək məqsədilə sahə­lər hamarlanmalıdır. Bundan sonra torpaqlarda NPK-nın tərkibindən asılı olaraq üzvi və mineral gübrələr verilərək dondurma şumu aparılmalıdır.

Şumun dərin­liyi tor­pağın qranulometrik tərkibindən, su-fiziki xassələrindən, qrunt suy­u­nun səviyyəsindən və şumaltı qatın vəziyyətindən asılıdır.

Respublikanın pambıqçılıq bölgələrində dondurma şumu əsasən 28-30 sm dərinlikdə aparılır. Şumlama də­rinliyi nəinki zona hüd­ud­unda hətta zona daxilində belə fərqlidir.

Gəncə-Qazax və Mil-Qarabağ bölgəsi torpaqlarda 30 sm dərinlikdə şumun aparılması məqsədəuyğundur.

Çın­qıl­lı, gilli və qumsal torpaqlarda 25 sm-dən ar­tıq şum məsləhət de­yil­dir.

Şirvan bölgəsinin  torpaqları üçün şum qatının dərinliyi 20 sm-dir. Şirvanın arx­yanı, nis­bətən yararlı hala salınmış torpaqlarında 27-30 sm dərinlikdə şum­la­ma müs­bət nəticə verir.

Muğan-Salyan zonasının boz-çəmən torpaqlarında  şumun də­rin­­li­yini 30 sm-ə qədər artırdıqda pambıq məhsuldarlığı stabil surət­də ar­tır.

Dondurma şumu apa­rarkən bə­zən torpaq o, qədər qurumuş olur ki, şumu lazım olan dərinlikdə ap­ar­maq olmur, şum iri kəltənli və keyfiy­yət­siz olur.

Qrunt suları dərində olan sahələrdə şumdan əvvəl torpa­ğın yax­şı ov­­xalanması və şumun dərinliyini nizamlamaq üçün sahə suvarıl­ma­lı­dır.

Şumlanmış sahələrdə qış aratı, şorlaşmış torpaqlarda isə yuyucu su­varmalar aparılmalıdır. Sonra isə torpaqdakı nəmlik ehtiyatını  sax­la­­maq və duzların şum qatına çıxmasının qarşı­sını  almaq üçün torpağı ma­lalamaq lazımdır.

Qış aratı torpaqda fiziki-kimyəvi və bioloji proseslərin ge­di­şinə tə­sir edərək, torpağın strukturunu yaxşılaşdırır. Bu isə öz növbəsində tor­pağın su rejiminin yaxşılaşmasına, istilik tutu­munun artmasına sə­bəb olur. Deməli, qış aratı alaq bitki­lərinin tez cücərməsinə səbəb olur ki, bu da səpin qabağı be­cərmədə məhv edilir.

BMTB ETİ

© 2020 BMTB ETİ