Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də 8 noyabr - Zəfər günü münasibətilə tədbir keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də 8 noyabr - Zəfər günü münasibətilə tədbir keçirilib.

Əvvəl şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra direktor Elçin Xəlilov institutun bütün əməkdaşlarını və xalqımızı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Direktor çıxışında bildirib ki, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr 2020-ci il tarixdə təcavüzkar təxribatlara yenidən başlamasına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Cəmi 44 gün davam edən müharibə Azərbaycanın tarixində çox böyük iz buraxdı. Bir xalq olaraq bu qələbə hər bir Azərbaycan vətəndaşında yüksək milli ruh, həmrəylik formalaşdırdı.

Daha sonra institutun əməkdaşları Natiqə İsmayılzadənin, Mahirə Vəliyevanın və Vüqar Nəbiyevin çıxışları dinlənilib.

Sonda isə 44 günlük Vətən müharibəsinə həsr olunan videoçarx izlənilib.

BMTB ETİ

© 2020 BMTB ETİ