Xəbərlər

Nüvə texnologiyasının tətbiqi üzrə FAO-AEBA mərkəzinin direktoru Cənab Qu Liang və şöbə müdiri Lee Kheng Heng Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də olublar.

22 oktyabr 2021-ci il tarixində "Nüvə enerjisindən və digər üsullardan istifadə etməklə Azərbaycanda pambıq istehsalatı üzrə Torpaq, Qida Maddələri və Su ilə bağlı Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrin gücləndirilməsi" layihəsi çərçivəsində Nüvə texnologiyasının tətbiqi üzrə FAO-AEBA mərkəzinin direktoru Cənab Qu Liang və şöbə müdiri Lee Kheng Heng Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də olublar.

Görüş zamanı qonaqlara burada aparılan elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verilib. Həmçinin mütəxəssislər İnstitutun şöbə və laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olublar.

Daha sonra qonaqlarla birlikdə institutun təcrübə sahəsinə baxış keçirilib.


BMTB ETİ

© 2020 BMTB ETİ