Xəbərlər

“Aqrar sahədə əməyin mühafizəsi işinin təşkili” mövzusunda müsabiqə elan olunmuşdur.

“Aqrar sahədə əməyin mühafizəsi işinin təşkili” mövzusunda
M Ü S A B İ Q Ə
Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də onun əməyinin mühafizəsinin təmin edildiyi əmək şəraitində çalışmaqdır. Əməyin mühafizəsi normaları və qaydaları Əmək Məcəlləsi ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.
Aqrar sahədə əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları, əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün zəruriliyini əsas götürərək bu sahədə maarifləndirmə işini daha genişləndirmək məqsədilə müsabiqə elan edilir.
Müsabiqənin şərtləri:
• Müsabiqədə yalnız Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutlarının əməkdaşları iştirak edə bilər.
• Bir əməkdaş yalnız bir məqalə təqdim edə bilər. Məqalə təqdim olunduqdan sonra dəyişdirilə bilməz.
Müsabiqəyə təqdim ediləcək məqalənin məzmununa dair əsas tələblər:
- məqalə Azərbaycan dilində tərtib edilməklə 6 səhifədən az olmamalıdır;
- yazı formatı: A4, Arial, 12 yazı ölçüsü və 1,15 sətir aralığı;
- fundamental biliklərə əsaslanmalı və etibarlı mənbələrə istinad edilməldir;
- təkrarçılıq (plagiat) elementlərinin olmaması;
- elmi yenilik, mövzunun əhatə olunması, fərdi yanaşma.
Mükafatlandırma:
Birinci yer – 500 manat, ikinci yer – 300 manat, üçüncü yer – 200 manat
Təqdim etmə:
Müsabiqə üzrə məqalələrin qəbulu 22 sentyabr 2021-ci il tarixindən etibarən başlayır, məqalə qəbulunun son tarixi 19 oktyabr 2021-ci ildir.
İştirakçılar məqalələrini elektron formatda elnur.atayev@agro.gov.az ünvanına göndərə bilərlər.

BMTB ETİ

© 2020 BMTB ETİ