Xəbərlər

Gəncə BM və TB ETİ-nin könüllüləri "Texnologiya" laboratoriyasında aparılan işlərlə tanış olublar.

Gəncə Bitki Mühafizə və Texniki Bitkilər ETİ könüllüləri institutun texnologiya laboratoriyasında aparılan işlərlə tanış olublar.
Könüllülərə mütəxəssislər tərəfindən xam pambıq, ondan alınan mahlıc, toxum, lif, ulyuk, tiftik kimi məhsulların nəmlik, zibillik göstəricilərinin analizi, mahlıcın keyfiyyət göstəricilərinin müəyyən olunması haqqında ətraflı məlumat verilib.
Mikroneyr qurğusunda mahlıcın keyfiyyət göstəriciərinin (lifin uzunluğu, rəngi və s.) necə təyin olunması izah edilib.

BMTB ETİ

© 2020 BMTB ETİ