Xəbərlər

BM və TB ETİ-nin və Salyan Aqrar Təlim Mərkəzinin təşkilatçılığı ilə Salyan rayonunda fermerlər üçün elmi-praktik seminar və tarla günü keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu və Salyan Aqrar Təlim Mərkəzinin təşkilatçılığı ilə Salyan rayonunda pambıqçılıqla məşğul olan fermerlər üçün elmi-praktik seminar və tarla günü keçirilib.
“Azərbaycanda pambıqçılığın inkişafında BM və TB ETİ-nin müsbət nəticəli tədqiqatların və yerli sortlarin rolu ” mövzusunda keçirilən elmi-praktik seminarda institutun direktoru, b.e.f.d, dos. E.Xəlilov, "İnformasiya təminatı və elmi nəticələrin tətbiqi" şöbəsinin müdiri, a.e.f.d, dos. M.A.Vəliyeva, "Texniki bitkilərin seleksiyası" şöbəsinin müdiri, a.e.d. Ə.Tağıyev, "Biotexnologiya" laboratoriyasının müdiri V.Nəbiyev , Salyan Aqrar Təlim Mərkəzinin direktoru Ələkbər Məmmədov , Salyan DAİM -in nümayəndəsi Rişad Əsgərli , rayonda fəaliyyət göstərən aqrar sahənin rəhbər şəxsləri və mütəxəsisləri ,həmçininSalyan rayonunda pambıqçılıqla məşğul olan30 fermer iştirak ediblər.
BM vəTB ETİ-nin direktoru Elçin Xəlilov, şöbə müdirləri Ələddin Tağıyev, Mahirə Vəliyeva təcrübə sahəsində nümayişə çıxarılmış yerli sortların təsərrüfat xüsusiyyətləri, onların intensiv becərmə texnologiyası və toxumçuluğunun təşkili, pambıq əkinlərində zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri haqqında fermerlərə geniş məlumat veriblər. Qoyulmuş mövzularla bağlı pambıqçı fermerlərin çoxsaylı sualları cavablandırılıb.
Daha sonra fermerlər əyani sürətdə tarla şəraitində yerli sortların nümayiş əkinləri ilə tanış olublar. BM və TB ETİ-nin mütəxəssisləri tarlada fermerlərə yerli sortların təsərrüfat əhəmiyyətı, xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirləri barədə ən son yenilikləri əyani göstəriblər. Sonda iştirakçılara institutun alimləri tərəfindən hazırlanmış çoxsaylı məlumatlandırıcı bukletlər paylanılıb.

BMTB ETİ

© 2020 BMTB ETİ