Xəbərlər

BM və TB ETİ-nin "Texnologiya" laboratoriyasında “Azərpambıq ASK” MMC-nin emal zavodlarında çalışan laborantlara təlim keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu ilə “Azərpambıq ASK” MMC-nin birgə bağladıqları müqaviləyə əsasən MMC-nin emal zavodlarında və tədarük məntəqələrində çalışan 14 nəfər böyük laborantlara institutun Texnologiya laboratoriyasında “Xam pambıq və ondan alınan məhsulların keyfiyyət göstəricilərinin təyin olunması” haqqında təlim keçirilib.
BM və TB ETİ -da təşkil olunmuş təlim MMC-nin aparıcı texnoloq-mühəndisi Hacıyev Ağalar və Texnologiya laboratoriyasının müdiri İsmayılova Xoşqədəm tərəfindən keçirilib .
28.08.2021- 04.02.2021-ci il tarixlərdə keçirilən təlimdə iştirakçılara xam pambığın qəbulu, analizi, tayalara vurulması, tayalara qulluq, tayaların saxlanması, mahlıc, çiyid, lint, uyluk, uyluk (pux) məhsullarının nəmlik, zibillik, sort, lifin uzunluğu və bu kimi analizlərin yerinə yetirilməsi, laboratoriya avadanlıqları barədə, həmçinin laborantların məsuliyyəti haqqında geniş izahat verilib.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.

BMTB ETİ

© 2020 BMTB ETİ