Xəbərlər

"Entomologiya" şöbəsinin əməkdaşları Gədəbəy rayon Maarif kəndinin fermer sahələrində müşahidələr apardılar.

BM və TB ETİ-nin Entomologiya şöbəsinin əməkdaşları tərəfindən Gədəbəy rayon Maarif kənd ərazisində yerləşən fermer təsərrüfatında kartof əkinlərinə baxış keçirilib və zərərvericilərlə sirayətlənmə ilə bağlı müşahidələr aparılıb. Müşahidələr zamanı əkin sahəsində kolorado böcəyinin ikinci nəsli aşkarlanıb, zərərvericilərə qarşı vaxtında mübarizə tədbirlərinin aparılması ilə bağlı fermerə məsləhət və tövsiyələr verilib.

BMTB ETİ

© 2020 BMTB ETİ