Xəbərlər

BM və TB ETİ-nun və Tərtər Aqrar Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə fermerlər üçün elmi-praktik seminar və tarla günü keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunun və Tərtər Aqrar Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər üçün elmi-praktik seminar və tarla günü keçirilib.
“Azərbaycanda pambıqçılığın inkişafında BM və TB ETİ-nin elmi nəticələrinin və yeniliklərinin rolu” mövzusunda keçirilən elmi-praktik seminarda institutun direktoru,b.e.f.d, dos. E.Xəlilov, İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri, a.e.f.d, dos. M.A.Vəliyeva,Texniki bitkilərin seleksiyası şöbəsinin müdiri, a.e.ü.e.d. Ə.Tağıyev, Biotexnologiya laboratoriyasının müdiri V.Nəbiyev və Tərtər rayonunda fəaliyyət göstərən 11 nəfər fermer iştirak ediblər..
BMvəTB ETİ-nin direktoru Elçin Xəlilov, şöbə müdirləri Ələddin Tağıyev, Mahirə Vəliyeva təcrübə sahəsində nümayişə çıxarılmış yerli sortların təsərrüfat xüsusiyyətləri, onların intensiv becərmə texnalogiyası və toxumçuluğunun təşkili , pambıq əkinlərində zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri haqqında ətraflı danışaraq fermerlərə geniş məlumat veriblər. Qoyulmuş mövzularla bağlı pambıqçı fermerlərin çoxsaylı sualları cavablandırılıb.
Daha sonra fermerlər əyani sürətdə tarla şəraitində yerli sortların nümayiş əkinləri ilə tanış olublar. BM vəTB ETİ-nin mütəxəssisləri tarlada fermerlərə yerli sortların təsərrüfat əhəmiyyətı, xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirləri barədə ən son yenilikləri əyani göstəriblər. Sonda iştirakçılara institutun alimləri tərəfindən hazırlanmış çoxsaylı məlumatlandırıcı bukletlər və “Pambıq toxumunun istehsalına dair tövsiyə” kitabçası paylanılıb.

BMTB ETİ

© 2020 BMTB ETİ