Xəbərlər

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili

Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən və ya təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2021-ci il payız semestri üçün sənəd qəbulunda iştirak etməyə dəvət edir.
Proqram prioritet ixtisas istiqamətlərindən biri olan “Kənd təsərrüfatı” ixtisas istiqaməti üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulmuşdur. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.
Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə elan vasitəsilə tanış olmaq mümkündür.
Əlavə suallar olduqda maraqlanan namizədlər FAQ/MVS və ya dpinfo@edu.gov.az mail ünvanına müraciət edə bilər.
Müraciətlər üçün son tarix 31.07.2020-ci il olaraq müəyyən edilmişdir.
Dövlət Proqramı əsasında xaricdə doktorantura təhsili almaq üçün müraciət edən namizədlərə köməklik məqsədiylə mütəmadi verilən suallar və onların cavabları ilə https://bmtbeti.az/az/meqale/59.html linkinə daxil olaraq tanış ola bilərsiz.

BMTB ETİ

© 2020 BMTB ETİ