Xəbərlər

Şirvan Təcrübə Stansiyasında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin layihəsi çərçivəsində təcrübələr davam etdirilir.

BM vəTB ETİ-nin Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasında İlkin və Müsabiqəli sort sınaqlarında, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin "Xəstəlik, quraqlıq və şoranlığa qarşı davamlı mutant pambıq xətlərinin yaradılması" layihəsi çərçivəsində təcrübələr davam etdirilir. İnsitutun "Texniki bitkilərin seleksiyası" şöbəsinin müdiri, aqrar elmlər üzrə elmlər doktoru Ələddin Tağıyev, elmi işçi İntizar Zeynalova tərəfindən tarla baxışı keçirməklə perspektiv pambıq sortlarının, mutant formaların inkişafı qiymətləndirilib. Həmçinin, Şirvan Təcrübə Stansiyasının əməkdaşları ilə birlikdə becərmə işlərinin aparılması müşahidə edilmişdir.

BMTB ETİ

© 2020 BMTB ETİ