Xəbərlər

BM və TB ETİ-də introduksiya olunmuş və yerli pambıq sortlarının xüsusi metodla müəyyənləşdirilməsi təcrübəsi həyata keçirilir.

BM və TB ETİ-də introduksiya olunmuş və yerli pambıq sortlarının duz stressinə (NaCl) və quraqlığa davamlıqlarının xüsusi metodla müəyyənləşdirilməsi təcrübəsi həyata keçirilir.
Təcrübənin əsas məqsədi Respublikamızda hal-hazırda ən çox becərilən yerli və introduksiya olunmuş pambıq sortlarının şoranlığa və quraqlığa davamlılıq mexanizminin öyrənilməsidir. Bu məqsədlə introduksiya olunmuş Türk sortları Bəyaz Altun-440, ADN-123, Flaş, yerli Gəncə-110, Gəncə-182 və Gəncə-160 sortları 0.3, 0.6, 0.9 və 1.2 %-li duz(NaCl) və müxtəlif dərəcədə quraqlığa adaptasiya etdirməklə biokimyəvi və fizioloji analizlərin nəticəsinə əsasən davamlı pambıq sortlarını müəyyən edərək hansı regionda hansı sortun əkilməsini fermerlərə və məhsul istehsalçılarına tövsiyyə etməkdən ibarətdir.

BMTB ETİ

© 2020 BMTB ETİ