Xəbərlər

BM və TB ETİ-də AEBA ilə birgə beynəlxalq layihələr həyata keçirilir.

2021-2024-cü illərdə pambıqçılıqda məhsuldarlığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Ağentlik arasında "Nüvə enerjsindən və digər üsullardan istifadə etməklə respublikamızda pambıq istehsalı üzrə Torpaq, qida maddələri və su ilə bağlı Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrinin (GAP) gücləndirilməsi" layihəsinə hazırlıq işləri davam etdirilir. Layihə çərçivəsində Pakistandan gətirilmiş pambıq toxumlarının səpini AEBA ekspertlərinin təklif etdiyi metodlarla Ucar, Beyləqan və Samux Təcrübə stansiyalarında aparılmışdır.
Məqsəd nümayişedici sınaqlar keçirməklə AEBA-nın ekspertinin təklif etdiyi və hazırda Azərbaycanda tətbiq olunan ənənəvi metodlarla əkilən pambıq sortlarının müqayisə edilməsidir. 1,5 ha sahədə paralel olaraq yuxarıda qeyd olunan iki üsulla pambıq toxumları səpilmiş və sonda nəticələr müqayisə olunacaqdır. Əgər kiçik bir sahədə AEBA-nın ekspertinin təklif etdiyi metodların pambıq məhsuldarlığına təsiri olarsa bu metod geniş sahəyə tətbiq ediləcək.

BMTB ETİ

© 2020 BMTB ETİ