Xəbərlər

BM və TB ETİ-də rəhbərliklə onlayn iclas keçirilmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin Təşkili və Monitorinqi şöbəsinin müdiri İmran Cümşüdovun rəhbərliyi ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, şöbə və laboratoriya müdirləri, Bölgə Təcrübə Stansiyaları, Dayaq Məntəqələri və yardımçı təsərrüfatların direktorlarının iştirakı ilə 20 aprel tarixində onlayn iclas keçirilmişdir. İclasda BM və TB ETİ-nin mövzular planına uyğun tarla təcrübələrinin həyata keçirilməsi ilə bağlı görülən işlər müzakirə olunmuşdur. Rəhbərliyə texniki bitkilərin toxumçuluğunun təşkili üçün tarla əkinlərinin vəziyyəti və yazlıq bitkilərin səpini haqqında məlumatlar məruzə edilmişdir. Bölgə Təcrübə Stansiyalarında yerinə yetirilən Beynəlxalq və yerli innovativ layihələrin tarla əkinlərinin yerinə yetirilməsi üçün İ.Cümşüdov tərəfindən müvafiq tapşırıqlar verilmişdir.

BMTB ETİ

© 2020 BMTB ETİ