Xəbərlər

AZCHEMCO aqrokimya şirkəti ilə BM və TB ETİ arasında işgüzar görüş keçirilib.

Respublikamızda kənd təsərrrüfatını inkişaf etdirmək və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının əldə edilməsi məqsədilə yaradılmış, müasir standartlara cavab verən AZCHEMCO aqrokimya şirkəti ilə BM və TB ETİ arasında işgüzar görüş keçirilmişdir. Görüş zamanı İnstitutun təcrübə-sınaq bazalarında açıq və qapalı şəraitdə AZCHEMCO şirkəti tərəfindən istehsal edilmiş müxtəlif çeşidli kimyəvi, bioloji və orqanik maddələrin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Birgə əməkdaşlıq nəticəsində əldə olunan məhsullardakı kəmiyyət və keyfiiyyət göstəricilərinin müstəqil qiymətləndirilməsi və yoxlanılması üzrə xidmətlər həyata keçiriləcək. Eyni zamanda AZCHEMCO şirkəti ilə İnstitutun aspirant və doktorantlarının ixtisaslaşmış kadr hazırlığında praktiki təcrübələrinin artırılması məqsədi ilə əməkdaşlıq etmək və əldə edilən elmi nailiyyətlərin yayılması məqsədilə Respublikanın müxtəlif bölgələrində planlı seminarların keçirilməsi qərara alınmışdır. AZCHEMCO aqrokimya şirkəti ilə BM və TB ETİ arasında memorandum imzalanmışdır.

BMTB ETİ

© 2020 BMTB ETİ