Xəbərlər

Pestisidlərin sınağı və herbologiya laboratoriyasının əməkdaşları tərəfindən alaq otlarının növlərinin öyrənilməsi üzrə marşurut müşahidələr başlanılıb.

BM və TB ETİ-nin Pestisidlərin sınağı və herbologiya laboratoriyasının əməkdaşları tərəfindən payızlıq taxıl əkinlərində alaq otlarının növ tərkibi və yayılmasının öyrənilməsi üzrə marşurut müşahidələr başlanılıb. Əməkdaşlarımız ilk olaraq Qazax rayonunda Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları ilə birlikdə fermer Nəsibov Firuzun payızlıq taxıl sahəsində müşahidələr aparıblar. Aparılmış müşahidələr nəticəsində taxılda çox az sayda birillik və coxillik alaq otlarına rast gəlinib, məlum olub ki, taxıl sahəsinin alaq otları ilə sirayətlənmə dərəcəsi iqtisadi ziyanlı həddə çatmayıb. Buna səbəb isə fermerin səpindən əvvəl aqrotexniki qaydalara düzgün əməl etməsi, torpaq herbisidindən istifadə etməsidir.
Rayonlar üzrə marşrut müşahidələr davam edir.

BMTB ETİ

© 2020 BMTB ETİ