Xəbərlər

BM və TB ET-nin mütəxəssisləri Qazax rayonunun taxıl sahələrinin əsas zərərvericisi olan taxıl böcəyinə qarşı fitosanitar müşahidələr aparıblar.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri Qabil Bayramov, Suliddin Həsənov və Rövşən Məmmədov Qazax rayonunun taxıl sahələrinin əsas zərərvericisi olan taxıl böcəyinə qarşı fitosanitar müşahidələr aparıblar. BM və TB ETİ – nin mütəxəssisləri Qazax rayon Bitki Mühafizə idarəsinin rəisi Faiq Bəkirov və mütəxəssis Vüsal Mustafayev ilə birlikdə taxılçılıqla məşğul olan Qazax rayon sakini fermer Cürənli Elxanın 100 ha ərazidə becərdiyi buğda sahəsinə baxış keçiriblər. Monitoriq nəticəsində buğda sahəsində taxıl böcəyinin süfrələrinə və vurduğu zədəyə rast gəlinib. Zərəvericiylə sirayətlənmə iqtisadi ziyanlı həddə çatdığına görə fermerə mütəxəsislər tərəfindən kimyəvi mübarizə tədbirlərinin aparılması məsləhət görülüb. Zərərvericiyə qarşı kimyəvi mübarizə üçün Karate və Desis preparatlarından istifadə etməklə sahədə çiləmənin həyata keçirilməsi tövsiyə olunub.

BMTB ETİ

© 2020 BMTB ETİ