Xəbərlər

Ağstafa DAİM-də BM və TB ETİ-nin mütəxəssisi İsmayıl Nəbiyev tərəfindən təlim keçirilib.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planı əsasında Ağstafa DAİM-də Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun mütəxəssisi İsmayıl Nəbiyev tərəfindən təlim keçirilib. “Günəbaxan bitkisinin əkin dövriyyəsində yeri, səpin müddəti və vegetasiya müddətində aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda keçirilən təlimdə Ağstafa rayonundan olan 8 nəfər fermer və DAİM-in əməkdaşları iştirak ediblər. Təlimin sonunda DAİM əməkdaşlarının və fermerlərin çoxsaylı sualları təlimçi tərəfindən cavablandırılıb. Təlim yüksək fəallıq şəraitində keçib.

BMTB ETİ

© 2020 BMTB ETİ