Xəbərlər

Bioloji üsul laboratoriyasının müdiri Qabil Bayramov Goranboy DAİM-də təlim keçmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin təlimatına uyğun olaraq Goranboy DAİM-də “Pambıq əkinlərində vegetasiyanın əvvəlindən başlayaraq zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri” mövzusunda təlim keçirilmişdir. Təlimi Bioloji üsul laboratoriyasının müdiri Qabil Bayramov aparmışdır. Təlimdə 12 nəfər pambıqçı –fermer iştirak etmişdir.
Təlimin sonunda fermerlərin çoxsaylı sualları təlimçi tərəfindən cavablandırılmışdır. Təlim yüksək fəallıq şəraitində keçmişdir.

BMTB ETİ

© 2020 BMTB ETİ