Xəbərlər

AEİM-nin direktoru İmran Cümşüdov BM və TB ETİ-nin əməkdaşları, doktorant və dissertantları ilə görüş keçirib.

          Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutun gənc əməkdaşları, doktorant və dissertantları ilə görüş keçirib. BM və TB ETİ-nin direktoru Elçin Xəlilov institutda son zamanlarda görülmüş tədqiqat işləri və keçirilmiş təlimlər barədə məlumat verib. İmran Cümşüdov çıxış edərək bildirib ki, ölkəmizdə xam pambıq istehsalının dinamik inkişafını təmin etmək, toxuculuq sənayesinin mahlıca olan tələbatını ödəmək üçün məhsuldar, tezyetişən, xəstəlik və zərərvericilərə qarşı davamlı, qlobal iqlim dəyişikliyi fonunda innovativ üsullarla ekoloji stressə davamlı pambıq sortlarının yaradılması istiqamətində işlər görülür. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılğı ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda Yunanıstan, Türkiyə və Çin texnologiyalarından istifadə etməklə tədqiqatlar aparılır. Görüş zamanı aqrar sahənin inkişafında prioritet sahə olan pambıqçılığın və kənd təsərrüfatı bitkilərinin qorunması sahələrinin əhəmiyyətini vurğulayan və yeni innovatıv layihələrin həyata keçirilməsi üçün institutda hər bir şəraitin mövcud olduğunu qeyd edən İ.Cümşüdov bu və yeni layihələrdə iştirak üçün İnstitutun gənc əməkdaşlarından ibarət İşçi Qrupların yaradılması tapşırığını verdi. Gənclərin problemləri və istəklərini dinləyib, onların həlli yönündə istiqamət verən İ.Cümşüdov bütün görüş iştirakçılarına uğurlar arzu edib.

BMTB ETİ

© 2020 BMTB ETİ