Xəbərlər

BM və TB ETİ-nin əməkdaşları Göygöl rayonunda taxıl üzərində müşahidələr aparmışlar.

         
         Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Bioloji Laboratoriyasının elmi işçiləri Suliddin Həsənov və Rövşən Məmmədov tərəfindən Göygöl rayonunda Yunis Hüseynovun buğda sahəsində təhlükəli zərərverici hesab olunan taxıl böcəyinin metodikaya uyğun müşahidəsi aparılıb və taxil böcəyinə rast gəlinməyib.
Məlumat üçün qeyd edək ki, taxıl böcəyinin özü və süfrələri buğda, arpa, çovdar, vələmir və qarğıdalı əkinlərinə ciddi zərər vurur, həmçinin yabanı dənli taxıl bitkiləri ilə qidalanır. Taxıl böcəyinin zərərvermə qabiliyyəti dəmyə əkinlərdə daha yüksəkdir.
Adi zaqafqaziya taxıl böcəyinin sürfələri ilk növbədə bitkilərin sayının azaldılması yolu ilə məhsula birbaşa təsir edir. Yetkin böcəklər isə dənlə qidalanaraq sünbüldə dənin sayının və çəkisinin azalması nəticəsində məhsul itkisinə səbəb olur.

BMTB ETİ

© 2020 BMTB ETİ